Pula qənaət etməyin sirləri

Qənaət etmə (əmanətlərin yığılması) haqlı olaraq maliyyə çiçəklənməsinin açarı hesab olunur.

Pul yığılmasında planlaşdırma məsələsini heç də diqqətdən kənarda qoymaq və ya onu lazımınca qiymətləndirməmək olmaz. Axı belə bir ciddi hazırlıq və niyyət olmasa qarşıya qoyulmuş hədəflərə nail olmaq və maliyyə cəhətdən müstəqillik əldə etmək şansları heçə bərabərdir.

İnsanlar belə düşünür ki, yalnız “artıq” pulları olduqda, onu kənara qoyaraq yığa bilərlər. Amma bu düşüncə tərzi kökündən yanlışdır. Yalnız planın, başqa sözlərlə isə büdcənin mövcudluğu sizə əmanət hesabına pul yatırmaq imkanı verəcəkdir.

Bizlərdən çoxu yalnız xərcləri planlaşdırıraq, eyni tipik səhvə yol verir. Mütəmadi olaraq pula qənaət edərək onu yığmaq qərarı sonda sizi məyus edə bilər, çünki siz istədiyiniz məbləği yığa bilməsəniz, bütün həvəs və təşəbbüskarlığınız sönəcəkdir.

İlk öncə özün üçün qısamüddətli və uzunmüddətli maliyyə hədəfləri müəyyən etməlisən. O hədəflərə mütləq çatmaq lazımdır: maşın, ev və s almaq. Daha sonra isə bundan ötrü sizə nə qədər məbləğ lazım olduğunu və bu məbləği hansı müddət ərzinə qazanmağı planlaşdırdığınızı müəyyən edin. Yadda saxlayın ki, heç bir yerdə yazılmamış məqsəd, sadəcə arzu olaraq qalır.

Öz əmanətlərinizi digər maliyyə vəsaitlərindən ayırın. Əgər bütün pullar eyni yerdə saxlanılarsa, siz heç gözünüzü qırpıb-açmağa macal tapmayacaqsınız ki, bütün pullar barmaqlarınızın arasında sovuşub gedəcək. Yəni qənaət etdiyinizi xərcləyərkən heç də əziyyətinə heyfsilənməyəcəksiniz . Bununla yanaşı ayrıca bir əmanət hesabının olması daima sizə ayrıca bir məqsədinizin olduğunu xatırladacaq və sizi pullarınızı qənaət edərək ora yönəltməyə motivasiya edəcək.

Əgər sizin bu günə qədər əyani şəkildə tərtib olunmuş, ay ərzində yol verdiyiniz bütün xərclərin yazıldığı büdcəniz yoxdursa demək onu tərtib etməyin vaxtı yetişib. Sizin nə qədər qazanmağınızın bu zaman heç bir önəmi yoxdur –istəyir bu ay ərzində 200 manat olsun, istəyir də 200 min manat, hər ayın öz büdcəsi olmalıdır.

Tam aylıq gəlirinizdən nə qədərini müntəzəm olaraq hər ay əmanətə yatıracağınızı təsəvvür edin. Bu rəqəm 10% ola bilər, amma buna gücünüz çatmırsa, 8% və ya 5%-dən başlamaq olar.

Sizə pul hədiyyə edəndə və ya təsadüfən mükafat qazandıqda, pul ilə mükafatlandırıldıqda bütün bu pulları öz əmanət hesabınıza yatırmağa çalışın.

Və yadda saxlayın ki, uğurlu pul yığımının ən başlıca sirri, əldə ediləndə dayanmaq deyil, daima irəliyə can atmaqdır!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.