-1 C
Baku
Sunday, December 15, 2024

Pula tələb modeli

Model çərçivəsində alt aqreqatlar arasında korrelyasiya əlaqəsi, pula tələbin iqtisadi artım və manatın dollara qarşı məzənnəsindən asılılığı tapılmışdı.

Məlum olduğu kimi pula tələb əsasən:

  • tranzaksiya motivi (cari əməliyyatların həyata keçirilməsi üçün nağd pulun əldə saxlanması);
  • ehtiyatlılıq motivi (gələcəkdə yarana biləcək hər hansı gözlənilməz şəraitə görə nağd pulun saxlanılması);
  • spekulyativ motivdən (gələcəkdə bazar münasibətlərindən faydalanaraq gəlir əldə edilməsi məqsədilə nağd pulun əldə saxlanması) meydana gəlir.

Qurulmuş pula tələb modelində tranzaksion motivi xarakterizə edən iqtisadi parametr olaraq qeyri-neft real ÜDM, spekulyativ tələbi ifadə edən göstərici isə manatın dollara qarşı məzənnəsi götürülmüşdü. Modelə görə baxılan dövrdə qeyri-neft real ÜDM-in artımının iqtisadiyyatda real pula olan tələbə təsiri və manatın dollara qarşı məzənnəsinin dəyişiminin real pula tələbə təsiri qiymətləndirilmişdi. Qiymətləndirmə aşağıdakı xətti ekonometrik model əsasında aparılmışdır:
psdh
Burada:

rM1–real pula tələb,

rNOGDP–qeyri-neft real ÜDM,

aznusd–manatın dollara qarşı məzənnəsidir

Pula tələb yaradan əsas faktor olaraq mövsümi təmizlənmiş qeyri-neft ÜDM-in və pul kütləsinin nominal artım tempi arasında mütənasiblik əlaqəsi nəzərdən keçirilmişdi.

Alınan nəticələr, o cümlədən pula tələb ilə pul təklifi arasındakı fərqin mövcud olub-olmaması empirik olaraq əsaslandırılmışdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq real pula tələb modeli qurulmuşdur ki, bu da ortamüddətli dövr üçün proqnozlar verməyə imkan yaradır. Proqnoz verilən dövrlərdə pul təklifi ilə real pula tələb arasındakı fərqin mövcud olub-olmaması və nəticədə iqtisadiyyatda izafi likvidlik səviyyəsi qiymətləndirilir. Eyni zamanda alınmış nəticələr əsasında pula tələbin determinantları və motivləri müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər