13 C
Baku
Wednesday, May 8, 2024

Puldan daha vacib

Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. Rockefeller…

Bir biznes adamı var idi. Bunun işi heç getirmirdi. Kreditin içində batırdı, bunun tədarükçüləri pullarını tələb edirdilər. Bir gün o parkda oturub, başını əllərinin arasına alıb, nece bankrot olmayacağının yollarını düşünürdü…

Birdən, heç yerdən olmayan kimi, 1 yaşlı kişi buna yaxınlaşır… “Oğlum, səni nə isə narahat edir, danış mənə ürəyindəkiləri” dedi o yaşlı. :

Biznesmenin sözlərini dinlədikdən sonra, qoca, “Mənə elə gəlir ki, mən sənə kömək edə bilərəm..”

Yaşlı, bu kişinin adını soruşub, çekin üstünə yazir. Çeki uzadıb, “Al bunu. Mənimlə düz 1 il sonra burada görüş. Bu borcumu qaytararsan o zaman”, dedi və çönüb getdi. Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. Rockefeller…

Biznesmenin sevincinin həddi- hüdudu yox idi. Bütün problemlərini həll etmiş ola bilərdi. Amma, biznesmen bu pulu seyfə qoyur. Elə fikirləşirdi ki, istənilən zaman $500,000 bunun xülyasına çatacaq, ona ürək dirək, özünə inam verirdi.

Yeni optimizmlə biznesmen yeni işlərə başlayır, yeni sazişlər imzalayır və yenidən, çoxlu pul qazanmağa başlayır.

Düz 1 ildən sonra, biznesmen istifadə etmədiyi çek ile parkda gözləyirdi. Bir xeylaq zamandan sonra, həmən yaşlı qoca buna yaxınlaşdı. Biznesmen istifadə olunmamış çeki bu kişiyə uzadıb bütün 1 illik əhvalatını danışmaq istəyən zaman, haradansa tibb bacısı qacıb gəlir və yaşlı kişinin qolundan yapışır…

“Nə yaxşı ki, mən səni tutdum”, qocaya deyir. Sonra üzünü biznesmenə çevirir: “Üzr istəyirəm, güman edirəm sizi narahat etmədi. Bilirsinizmi, bu yaşlı kişi tez-tez qocalar evindən qaçır və hamıya deyir ki, o John Rockefellerdir…” Və tibb bacısı yaşlı kişini özü ilə aparır…

Biznesmen gözlərinə inanmırdı. Yerində donub qalmışdı. Bütün il boyu, bütün işləri görəndə ,alış-veriş edəndə, arxayın idi ki, arxasında $500,000-in olduğunu bilirdi …

Və qəfildən, o hər şeyi anladı… onun həyatını yaxşıya çevirən, doğru, və ya yalançı pul deyildi. Onun həyatına yenilik gətirən, onun özündə yenidən kəşf etdiyi inam hissi idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər