Azərbaycan vətəndaşlarına qarşı pulla xaricdə sığınacaq almaq adı altında dələduzluq etməkdə təqsirləndirilən Xanəli Əziz və Zakir Əmirovun məhkəməsi başlayır.
Onların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.
Qeyd edək ki, X.Əziz və Z.Əmirov bir neçə Azərbaycan vətəndaşına Kanada, ABŞ və Avropa ölkələrində siyasi sığınacaq almağa kömək edəcəkləri vədini veriblər və bunun müqabilində külli miqdarda pul alıblar. Lakin onlar vədlərini yerinə yetirməyiblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.