10 C
Baku
Tuesday, November 5, 2024

Pullar həyatımıza necə təsir edir?

Həyatımızın bir çox sahələri birbaşa olaraq bizim pul qabımız ilə bağlıdır. Sağlam qida, yuxu, mənəvi sakitlik – bütün bunları pullarla rahatlıqla əldə etmək mümkündür. Əgər biz sağlam və xoşbəxtiksə, xəstə və kədərli olduğumuz zamandan daha çox pul qazana bilərik.

Həyatımızda ilk baxışdan pulla heç bir əlaqəsi yoxmuş kimi görünən, lakin əslində bizim maliyyə vəziyyətimizə böyük təsir göstərən sahələrini nəzərdən keçirdək.

Stress

Biz çox tez-tez işdə gərgin vəziyyətlərə düşürük. Gərgin iş günündən sonra ruhi əzginliyin təsiri altında evə gəlirik və bu da ailə münaqişələrinə səbəb olur. Stress bir çox səbəblərdən yarana bilər, lakin adətən bu səbəblər pullara görə narahatlıq hissi keçirmək səbəbindən baş verir. Yəqin ki, bizlərdən hər birimiz ay sonunda kommunal xərcləri, borcları necə ödəyəcəyimiz ilə bağlı düşünürük. Pulun olmadığı bir vaxtda bütün bunlar yersiz stressə səbəb olur.

Pullar – daimi narahatlıq səbəbidir və qaydalara görə, stress birbaşa olaraq pulların olmaması səbəbindən yaranır. Əgər sizin kifayət qədər pulunuz olsa, onda stress də olmayacaq. Stress isə olmasa nə problem, nə kefsizlik, nə də ailə münaqişələri olmayacaq.

Zaman

 “Zaman=pul” ifadəsi hazır ki dövrümüzdə çox aktualdır. Boşa zaman xərcləmək – pulları küləyə sovurmaqdır. İnsanlar işdən artıq qalan zamanlarında ikinci bir işlə məşğul olaraq əlavə pul qazana bilərlər, lakin bir çox insan bu boş qalan zamanını televizor, yaxud kompüter arxasında keçirir.

Yaxınlarla münasibətin pozulması.

Psixoloqların verdiyi məlumatlara görə, hər il pulların olmaması yaxınlarla mübahisələrə və münasibətlərin pozulmasına səbəb olur. Əgər ailə ardıcıl olaraq bir neçə il ehtiyac içərisində yaşayırsa, bu onların münasibəti üçün əsas sınaq olur.

Sağlamlıqla bağlı problemlər.

Stress kimi, pullar da sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Əlbəttə, pulların olmaması səbəbindən xəstələnməyəcəksiniz. Lakin bu haqda daimi olaraq narahat olmaq həm psixi, həm də fiziki vəziyyətinizə mənfi təsir edəcək. Əgər siz daim pullar ilə bağlı narahatlıq hissi keçirirsinizsə və bu haqda düşünürsünüzsə, sağlam həyat tərzi keçirməyi unudursunuz.

Qidalanma.

Aydındır ki, necə qidalanmağınız birbaşa olaraq maliyyə vəziyyətinizdən asılıdır. Əlbəttə, mağaza və restoranlarda nə qədər pul xərcləməyiniz pul qabınızdakı vəziyyət ilə əlaqədardır.

Təhsil.

Təəssüflər olsun ki, təhsil pullarla sıx bağlıdır. Övladlarınızın yaxşı məktəblərdə və universitetlərdə təhsil alması üçün pul xərcləmək lazımdır. Pulların çatışmaması səbəbindən bir çox valideyn övladlarını yaxşı universitetə göndərə bilmir. İxitsaslaşma kursları həmçinin pul tələb edir. Yaxşı təhsil isə karyeranın start düyməsidir. Yaxşı karyera isə tez bir zamanda yüksək əmək haqqılı maraqlı bir iş əldə etməyə kömək edir.

Vərdişlər.

Vərdişlərin bir çoxu insanın maliyyə vəziyyəti ilə əlaqədardır. Bahalı paltar, yemək vərdişləri, səyahət  – bütün bunlar bizim büdcəmiz ilə əlaqədardır və əgər pul yoxdursa, qənaət etməli oluruq. Əgər pullarla bağlı problem artıq ciddi mərhələdədirsə, bu zaman ən kiçik xırdalıqlara belə fikir verməyə başlayırıq. Məsələn, hər dəfə otaqdan çıxdıqdan sonra bir neçə qəpik xatirinə işıqları söndürmək.

Son xəbərlər
Digər xəbərlər