18 C
Baku
Monday, April 29, 2024

Pullar haqqında maraqlı tarixçələr

Bu yaxınlarda Almaniyada köhnə pullardan gübrə alan yeni texnologiya üzərində işlənilib.

Rusiyada dələduzlar “Böyük Teatr”ın qarşıında xaricilərə yeni yüz rublluq istiqrazların hər birini 50$ olmaq şərtilə teatra giriş biletləri kimi satırdılar.

Günlərin bir günü futbol maçından sonra təşkil olunan banketdə məğlub olmuş klubun ev sahiblərindən biri qalib gələnləri alçaltmaq üçün cibindən banknot çıxardır və onu klubun ən yaxşı futbolçularından birinə – Devid Kipianiyə uzadır. Bu hərəkətə cavab olaraq isə futbolçu banknot üzərində öz avtoqrafını qoyur və onu geri qaytarır.

Rəssam Anatoliy Orlov öz əsərlərini yerli və əcnəbi köhnə banknotların qalıqlarından yaradır.

Həmçinin, məşhur amerika rəssamı Endi Uorxol dollar banknotlarını çəkməyi sevirdi. O, bunu bu cür izah edirdi: «Hər kəsin ən çox nə xoşuna gəlirsə, onun da rəsmini çəkir».

Sənədlərin əvəzinə. Günlərin bi günü belçikalı polis sürət aşmış sürücünü saxlayır və ondan onun sürücülük vəsiqəsini tələb edir. Sürücü polisə banknot uzadır. Polis belçikalı kralın adına cərimə yazır. Sürücü belçikalı kralın özü idi.

Çində nigaha daxil olmaq istəyən gənc oğlanlar və qızlar əksər hallarda özləri haqqında məlumatları və partnyora olan tələblərini banknotun üzərində yazırlar.

Bu reklam gedişini bugünkü günə qədər Amerikada yada salırlar. Şəhərin kənarında yerləşən supermarketdə reklama sərf olunan xərclərin dəyəri 25 min dollar təşkil edirdi, lakin kəşf edilmiş reklam gedişi sayəsində bu xərcləri 8 min dollara qədər azaltmaq mümkün olmuşdu. Bu pulları topdan güllə atmağa sərf etmişdilər. Bunun sayəsində univermaq etibarlı və nüfuzlu ticarət müəssisəsi kimi tanınmağa başlayır.

Silahlı soyğunçu Manilanın banklarından birini qarət edir və polislərin təqibindən qurtulmaq üçün yola bir neçə banknot atır. Camaat yoldan bu pulları yığmağa başlayır və polis maşınları üçün böyük bir tıxac əmələ gətirir.

Günlərin bir günü baron Rotşild ilə markiz d’Aliqra kart oynamaq üçün yığışırlar. Kart oynayan zaman markiz masanın altına bir luidor salır. Markiz oyunu dayandırmağı tələb edir və stolun altına girərərk luidoru axtarmağa başlayır. Rotşild böyük məmnuniyyətlə ona kömək etməyə başlayır: o, böyük məbləğli banknotu yandıraraq stolun altını işıqlandırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər