24 C
Baku
Friday, September 27, 2024

Pullar hara gedir və qənaət etməyi necə öyrənək?

Elə təəssurat yaranır ki, bəzi insanlar onlara pulların çatmamalarına adət ediblər. Belə insanlar qazandıqlarından daha çox pul sərf edirlər. Həmin insanlar kredit götürürlər, kredit ilə aldıqları avtomobillərdə gəzirlər və s.

Bir çox insanlar planlamamış alış-verişlər edirlər və beləlilə çoxlu pul sərf etmiş olurlar.

Onlar hətta əmək haqqlarının yarısını onlara lazımsız əşyaya verə bilərlər. Belə bir əşyanı kreditə götürən insanlara da rast gəlmək mümkündür.

Təbii ki, özümüzü kiçik alış-verişlərlə sevindirmək çox yaxşıdır.

Pullarını qənaət etmək istəyən insan ilk növbədə öz istəklərini və emosiyalarını idarə etməyi öyrənməlidir.

Biz sizə belə bir məsləhət verə bilərik: əgər sizin hər hansısa bir əşyadan xoşunuz gəlibsə, onu dərhal almayın. Heç olmasa bir gün gözləməyə cəhd göstərin. Əgər növbəti gün həmin əşyanı almaq istəyiniz yox olmayıbsa, onu əldə etmək üçün yenidən mağazaya gedə bilərsiniz. Gözləmə gününüzü nəzərdə tutduğunuz alış-verişin düşüncəli olub olmadığına qərar verməyə sərf edə bilərsiniz.

Ümumiyyətlə, məsləhət görürlər ki, müəyyən bir məqsədlə mağazaya gedəsiniz. Əgər sizə gödəkçə lazımdırsa, ona uyğun aksessuarlar deyil, məhz gödəkçə alın.

Əgər söhbət mənzil və avtomobil kreditindən gedirsə, əksinə, siz kredit götürərkən qənaət etmiş olacaqsınız. Məişət səviyyəsində biz onlara böyük əhəmiyyət verməyərək hər gün qərar qəbul edirik. Bu qərarlar əsasında maliyyə ilə davranış tərzimiz formalaşır. Əgər bu qərarları dəyişsək, davranışımız da dəyişəcək və sizin qəfildən pullarınız əmələ gələcəklər.

Məsələn, öz ehtiyat pullarınızı harada saxlamağınız haqqında qərar.

Təbii ki, bir çox insanlar pullarını banklarda deyil, evdə saxlamağa üstünlük verirlər.

Təəccüblü olsa da insanlar düşünürlər ki, mənzillərdə pulları saxlamaq daha təhlükəsizdir.

Əgər sizin maddi vəsaitlərini «döşək altında yatacaqlarsa», inflyasiya nəticəsində onların dəyəri düşəcək. Mənzildən pul oğurlamaq daha asandır, nəinki bankdan. Bundan savayı, əgər bank balansa və onun sahibləri dələduz olsalar və xarici ölkəyə qaçsalar belə dövlət sizin maddi zərərinizi qarşılayacaq. Buna görə, depozitlərdən qorxmaq lazım deyil. Bankda pullar saxlamaq daha etibarlıdır, nəinki evdə.

Digər vacib bir problem də «xırda xərclərdir». Məhz “xırda xərclər” bizə arzumuza çatmağa maneə olurlar. Təbii ki, şokolad yemək, kafedə nahar etmək və bahalı köynək geyinmək çox xoşdur. Əgər siz tez–tez belə xərclər edirsinizsə, bu sizin büdcənizdə əhəmiyyətli şəkildə əks olunacaq. Həmçinin sağlam tərzdə qidalanmadığınız üçün çəkinizlə də problemləriniz yaranacaq.

Digər məsləhətimiz də insanlar arasında münasibətlərə aiddir. Çalışın nə yaxın dostlarınıza, nə də qohumlarınıza yüksək məbləğdə borclar verməyin. İlk növbədə, əgər siz yaxınlarınıza borc versəniz, sizin münasibətləriniz digər sahəyə keçəcək. Siz öz dostunuz üçün borc verən, o isə sizin üçün borclu olacaq. Bu isə artıq dostluq deyil.

Öz maliyyə maraqlarınız barəsində ətraflı düşünün. Bir çox işə götürənlər işçiləri əmək müqaviləsiz çalışdıraraq onlara quru maaş verir. İşçi xeyir qazandığını düşünür. Lakin onun qazandığı ziyan xeyirlərdən çoxdu. Çünki o, gələcəkdə təqaüdsüz qalacaq, sosial sığortadan məhrum olur.

Sizə deyəcəyimiz son məsləhətimiz: öz maddi vəsitlərinizin qədrini bilin və onları ağıllı və nizamlı şəkildə xərcləyin.

Son xəbərlər
Digər xəbərlər