17 C
Baku
Monday, April 29, 2024

Pullar hara yoxa çıxır?

Qədim zamanlardan bəri dünya əhalisi pullardan istifadə edir, əsrlər boyu pul cəmiyyətin bir hissəsinə çevrilmiş, qənimət əldə etmək hissi insanı hərəkətə, inkişaf və tərəqqiyə, həmçinin müharibə və tənəzzülə sürükləmişdir.  

İnsan pul qazanmaq üçün min-bir əziyyət çəkir, sonra isə öz qazancını bir göz-qırpımında havaya sovurur. Gəlin diqqət yetirək, bizə və bizim yaxınlarımıza bu qədər zəhmət bahasına başa gələn bu pullar hara yoxa çıxır. Pullar qida məhsullarının və ya geyimin, mobil əlaqədən və ya internetdən istifadəyə, müxtəlif xırda-xuruş şeylərin, suvenirlərin alınmasına sərf oluna bilər, o cümlədən nəqliyyat xərclərini (əgər avtomobil varsa onun xərcləri), Azərbaycanda yaşayırsınızsa toy və mərasim məsrəflərini də bu siyahıya əlavə edin. Bütün bu alış verişlər müntəzəm olaraq, gün, ay və ya il ərzində həyata keçirilə bilər. Müxtəlif istiqamətli gündəlik xərclər heç də bizim birinci dərəcəli ehtiyaclarımızın ödənməsinə xidmət etmir, bir də görürük ki, biz pulu tamamı ilə gərəksiz əşyalara sərf edirik. Deməli pulu ağılla idarə etsək,  xərclərimizi çox asanlıqla optimallaşdıra bilərik.

Necə edim ki, az xərcləyim

Qərb psixoloqlarının araşdırması göstərir ki, impulsun təsiri nəticəsində həyata keçirilən gündəlik alış-verişlər bəzi hallarda ailənin aylıq məsrəflərinin üç də bir hissəsi qədər çox ola bilər. Alıcı yalnız üstündən xeyli müddət keçəndən sonra tədricən başa düşür və belə nəticəyə gəlir ki, əslində bu əşyalara yol verilən xərclərsiz də keçinmək mümkün olardı. Bu haqda daha çox məlumat əldə etmək üçün «Alıcıların tez-tez düşdüyü tələlər» mövzusu üzrə araşdırma edin.
Xərclərin optimallaşdırılmasına tədricən vərdiş etdikdə, insanda “nə isə” almaq istəyi ilə yanaşı nədəsə qənaət etmək istəyi də yaranır. Bu zaman insan qənaət etdiyi hər bir manatı qiymətləndirməyə başlayır. O, yaxşı başa düşür ki, sabah bu bir manat əgər onu yaxşı bir işə qoysan sənə gəlir gətirəcək.

Beləliklə, xərcləri azaltmaq üçün, əlbəttə ki, ilk öncə xərclərin özünü nədə əks etdirdiyini müəyyən etmək lazımdır. Hansı istiqamətə yönəlməsindən asılı olmayaraq bütün xərcləri iki böyük qrupa bölmək olar: məcburi xərclər və məcburi olmayan xərclər.

Məcburi xərclərə, o xərclər daxildir ki, həqiqətən də onlarsız ötüşmək mümkün deyil. Bura qida məhsulları xərcləri, kommunal xərclərin ödənməsi, geyim (burada da həddi aşmaq olmaz), əgər tələb olunarsa sağlamlıq və səhiyyə xərcləri və s daxildir. Lüks əşyalar almadan, restoranlar, tur gəzintiləri, səyahətlər,  klub və kinolara getmədən yaşamaq mümkündür. Əgər siz ikinci qrupda verilənlərlə razı deyilsinizsə və onlardan hansını isə məcburi xərc hesab edirsinizsə, onda belə təsəvvür edin ki, hər hansı bir səbəb üzündən uzun müddət ərzində gəlirlərinizin bir hissəsindən məhrum olmusunuz. Onda yuxarıda sadalan zövqlərin hansından ilk növbədə imtina edərsiniz? Öz maliyyə vəsaitlərinizi qorumaq üçün ilk məqamda nəyi qurban verərdiniz?

Birinci növbədə hansı xərclərdən imtina etmək lazımdır?

Məsələn siz vərdiş etdiyinizdən, daha yaxın və ya ucuz bir yerə istirahətə getməklə öz pullarınıza qənaət edə bilərsiniz, ya da yeni kolleksiya geyimlərinin hamısını almaq məcburi deyil. Əlbəttə ki, birdən birə məcburi olmayan xərclərdən tamamı ilə imtina etmək lazım deyil, həm də bu asan deyil. Çünki bununla siz özünüzü xırda sevinclərdən məhrum etmiş olursunuz. Bu sevinc hissi isə sizin həyatınızı doldurur və sizi daha şən edir.

Buna rəğmən siz özünüzə qəti bir xərc həddi müəyyən etməli və söz verməlisiniz ki, heç bir halda bu həddi üstələməyəcəksiniz.

Bundan sonra siz dəqiq iki rəqəmi bilmiş olacaqsınız: məcburi xərc məbləğini və  məcburi olmayan məsrəfləri. Sizin ay ərindəki xərcləriniz bu iksinin cəmindən ibarət olacaq. Əgər sizin xərclərinizin cəmi aylıq gəlirinizin 90%-dən çoxdursa, onda siz gərək məcburi olmayan xərclər siyahınızı yenidən nəzərdən keçirəsiniz. Yada məcburi xərclərin bir qisminin məcburi olmadığına qərar verib, onları da ixtisar edəsiniz. Əsas odur ki, xərcləriniz gəlirinizin 90%-dən çox olmasın və bu həddi üstələməsin. Gəlirlərdən qalan 10% həmişə kənara qoyub saxlayın (əmanət edin). Əmanət kimi saxlanılan pullar gec ya tez sizi zənginliyə gətirib çıxaracaq.

Bu günün işini sabaha qoyma

İnsanlar əksər hallarda işləri növbəti günə təxirə salırlar. Onlar həmişə özlərinə deyirlər ki, ayın neçəsindən başlayaraq siqaret çəkməyi atacaqlar, idmanla məşğul olmağa başlayacaqlar və ya növbəti aya qədər müəyyən məbləğə qənaət edəcəklər. Amma insan robot deyil, o canlı varlıqdır. Onun da emosiyaları vardır, o bəzən unutqan olur və özünün, həmçinin digərlərinin qoyduğu qaydaların əksinə gedir. Əlbəttə ki, onlar hər ay pulu kənara qoymamaq üçün bir bəhanə tapırlar. Əvvəlcə gələcək üçün nəzərdə tutulmuş pulu paylaşdırmaq lazımdır, sonra indiki zaman üçün. Əgər sizin bankda hesabınız varsa və aylıq olaraq ora gəlir daxil olursa, onda bankda danışaraq hər ay gələn gəlirin 10%-ni başqa bir depozit və ya yığım hesabına köçürülməyini xahiş edin. Belə xidmətə hal-hazırda çox asanlıqla, hətta banka baş çəkmədən də, internet-bankçılığı vasitəsi ilə qoşulmaq olar. Əsas odur ki, özündə qənaət etmək vərdişini yaradasan, gələcəkdə pulları hara xərcləmək məsələsi heç bir çətinlik törətməyəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər