2 C
Baku
Saturday, December 14, 2024

Pullar yastıq altinda yatmalıdırmı?

Müəllif: İsmayıl Qulusoy

Təsəvvür edək ki marketdə işləyən biri işini itirdi. Bu dalğa onunla başladı mənimlə davam edəcək, sanma ki səndən yan kecəcək. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Birinci səbəb bəlkə də mən oldum. Əgər mən əmək haqqımın bir qismini xərcləmək yerinə yasdığın altına qoyuramsa, başqa bir insan da işini itirir. Çünki mən (bu pulu iqtisadiyyatdan çıxarmış oluram) marketdən alış-veriş etmədiyim üçün o zərərlə işlədi və bağlandı. İnsanlar pullarını yastıq altına deyil, banka depozit şəkilində yatırsalar, bank onu geriyə – iqtsadiyyata qaytarmazmı? Əlbəttə qaytaracaqdır. Amma bu da kiminsə kredit götürmək istəyindən aslıdır. Əgər bir insan kredit götürüb yatırım edirsə pul iqatsadiyyata yenidən qayıdır və yeni bir iş yeri yaratmış olur.

İnsanların yatırım etmək istəmələri də faizlərlə bağlıdı. Yüksək faizlər yatırımı əngəlləyir, aşağ faizlər isə sitimullaşdırır. Əgər əlinizə bir şans düşsə 12% lik qazanc əldə edə biləcəyiniz bir market almaq istərdinizmi? Kredit faizlərinin 20% olduğunu nəzərə alsaq buna etmək lap sadəlövlük olardı. İqtisadiyyatda yeni iş yerlərinin yaradılmasının üç yolu var. İstehlakcı, investisya və dövlət. İqtisadiyyatı dirçəlmək üçün dövlət xərclərini artırır və vergiləri azaldır. Bunun əksi də ks nəticələrə gətirib çıxarır. İqtisadiyyatın inkişaf tempini müəyyən bir səviyyədə saxlamaq üçün dövlət xərclərinin və investisyalarının cəmi vergi və yığımların cəminə bərabər olmalıdı. Dx+İ=V+Y

İşsizlik yaradan səbəblərdən biri də heç şübhəsiz texnologiyanın inkişafıdır. Bu inkişaf bəzi peşələrin ixtisarına gətirib çıxarır. Əgər siz tam avtomatlaşdırılmış bir avtomobil zavodu inşa etsəniz və orada istehsal olunan avtomobilləri robotlar istehsal etsə yəqin ki bir müddətdən sonra işsiz qalacaqsız. Çünki avtomobilləri robotlar istehsal edə bilər, amma o avtomobilləri robotlar ala bilməzlər. Yəni o avtomobilləri almaq üçün gərək insanlar da işləsinlər, əmək haqqı alsınlar. Yəni istehlakçı olmadan nəsə istehsal etmək də ağılsızlıq olardı. İnsanlar həm istehsalçı, həm də istehlakçı olmalıdırlar ki, iqtisadiyyat tam gücü ilə işləsin.

Düşünürəm ki, işsiz qalsam mənim üçün ən yaxın dövlət müəsəssinə ən aşağı əmək haqqı ilə işə girməyim məntiqli görünə bilər, amma yüksək əmək haqqı almış bir insan işini itirsə daha az məvacibli işlə razılaşmayacaq və işsiz qalmağı üstün tutacaqdır. Dövlət orqanları bütün bunları nəzərə almalıdır. Yazımı Jon Maynard Keynesin bu sözləri ilə bitirmək istəyirəm: Dövlət insanlara ətrafda çuxurlar qazmaları və sonra da doldurmaları üçün ödəmə etməlidir.

Son xəbərlər
Digər xəbərlər