Pul unikal fenomendir. Onlar özlüyündə heç bir dəyərə malik deyillər, yalnız mübadilə olunduqları əşya ilə dəyər qazanırlar.
Ümumiyyətlə, mübadilə bütün ticarət və digər iqtisadi proseslərin əsaslandığı məfhumdur. Hələ insanların sikkə və kağız pullardan istifadə etmədiyi qədim zamanlarda ticarət “canlı” mübadiləyə əsaslanırdı. Indi bunu barter adlandırırlar. “Səndə öküz dərisi var, məndə isə bir bağlama donuz quyruğu. Gəl dəyişək!”- ticarət belə idi. Qısası, sivilizasiyanın inkişafı ilə ticarətdə də dəyişikliklər baş verdi. Ovçuluq və yığıcılığın əvəzinə əkinçilik və maldarlıq yarandı. Böyük qəbilələr bir-birilə mübadilə etməyə başladılar. Bəs pulları kim fikirləşdi?
Əlbəttə ki, tarixdə pulu fikirləşən və ya mübadilə ekvivalenti kimi nəyisə istifadə etməyi məsləhət görən insanın adı qalmayıb. Müasir pul nümunələri dünyanın hər yerində demək olar ki, eyni vaxtda yaranmağa başladı. Məsələn, Okeaniya adalarında pul vahidi kimi kauri balıqqulağı, Romada duz, Yeni
Zelandiyada ortası deşik daşlardan istifadə olunurdu. Avropada isə ədviyyatlar xüsusilə qiymətli hesab olunurdu. Təxminən yarım kilo zəncəfil və zəfərana gəmi və ya qoşqu üçün at almaq olardı.
Lakin getdikcə barter tacirlərlə yanaşı, alıcıları da qane etməməyə başladı. Hədsiz çox “valyuta” növü var idi və satıcı qiymət qoymaqda çətinlik çəkirdi.
Alıcı həmişə riskə gedirdi, belə ki onun məhsulu satıcını maraqlandırmaya bilərdi. Buna görə də bazarın inkişafı ilə natural mübadilə narahat olmağa başladı.
Misir və Asiyada hələ e.ə. 2500-ci illərdə metalla hesablaşmağa başlamışdılar. Bunlar mis, gümüş, qızıl sikkələr idi. Metalın dəyərini qeyd etmək üçün ona damğa vurmağa başladılar. Bununla da, sikkələr yarandı. Ona görə də, pulu yaradanların asiyalı və misirli olduğu düşünülür.
Yenilik həm də rahat oldu – sikkələr mal-qara kimi ölmür və ya bazara aparılarkən yolda xarab olmurdu. Onlar bahalı, balaca və bərk idilər. Sikkələr rahat ekvivalent olsalar da, qiymətli metallar təbiətdə o qədər də çox deyildi, hətta sikkələri mis və bürüncdən hazırlamağa başlayanda da sikkə yenə də çatışmırdı.
Çıxış yolunu bizim eranın 910-cu ilində Çində tapdılar. İlk kağız pullar çinlilər tərəfindən yaradılmışdır, onlar kağız pulu tut ağacının qabığından hazırlayırdı.
Avropada belə valyutalar bir qədər gec yarandı. Onun ərazisində ilk kağız pullar 1483-cü ildə buraxılmağa başlanıldı. O da ona görə ki, müharibə gedirdi və sikkə əhəmiyyətli dərəcədə çatışmırdı.
İctimai istifadə üçün pullar ilk dəfə Stokholm bankının işçiləri tərəfindən yaradıldı. Ilk belə pullar 1661-ci ildə emissiya edildi. 18-ci əsrin sonunda kağız pullar demək olar ki, dünyanın hər yerində əsas ekvivalent vasitəsi oldu, metal pullar isə xırda sikkələrə çevrildilər.