12 C
Baku
Saturday, November 23, 2024

Pulları necə yatırım etmək olar –Piter Linçin sitatları

«Heç zaman əlləriniz ilə izah edə bilmədiyiniz ideyaya pul yatırmayın» -Piter Linç

Piter Linç ən məşhur investorlardan biridir, o 13 il ərzində Fideliti Maggelan fondunun idarəedici qismində çalışmışdı. Həmin dövr ərzində o fondun ehtiyatlarını 18 milyondan dollarda 14 milyard dollara yüksəltmişdi. O, pulları nə zaman, hara və necə yatırmaqdan çox yaxşı baş çıxaran yeganə insanlardan imiş. Zamanında Piter Linç o qədər məşhur idi ki, demək olar ki, hər ilk investor onun maliyyə fəaliyyəti ilə maraqlanırdı.

Piter Linç daima öz kitablarında və müsahibələrində məsləhətlər verir. Bu məsləhət analiz aparmaq və pulları hara yatırmaq ilə bağlı olur. Qeyd etmək lazımdır ki, onun məqalələri və konsultasiyaları adətən psixoloji xarakter daşıyır. O, hesab edir ki, istənilən investor öz bacarıqlarını həddindən artıq şişirdən kompaniyalardan uzaq qaçmalıdır. Belə kompaniyalar üçün şişirtmə təriflər xarakterikdir, amma real nəticələr o qədər də yaxşı olmur.

Piter Linç deyir ki, hər hansı bir restoran və ya dükan sizin xoşunuza gəlsə, onda siz həm də onun səhmlərini də sevəcəksiniz. O, pulları hara yatırmaqdan əvvəl heç də şirkətləri illik balans, büdcə və hesabatlarının araşdırılması ilə məşğul olmur, sadəcə öz ailəsinin davranışlarını izləyir. O, evdəkilərin nə aldığını, onların prioritetində nəyin dayandığını, müəyyən bir məhsula və ya hər hansı bir yeni brendə onların necə reaksiya verdiyini müşahidə edirdi. Beləliklə onun nöqteyi-nəzərincə bazarda baş verən hadisələr haqqında gündəlik həyatımızdan daha çox şey öyrənə bilərik, nəyinki kompaniyanın reytinqlərindən.

Son xəbərlər
Digər xəbərlər