26 C
Baku
Saturday, July 27, 2024

Pulları saxtalaşdırılmadan necə qoruyurlar?

Dövlətlər pulları saxtalaşdırmadan qorumaq problemi ilə artıq çoxdan tanış olublar. Bu altual problem isə bu günə qədər hələ də tam olaraq aradan qaldırılmayıb. Ən sadədən tutmuş, kifayət qədər çətin və bahalıya qədər bir çox qorunma vasitəsi mövcuddur. Təhlükəsizlik üsulları ilə bağlı demək olar ki, hər şey dövlət sirridir. Lakin bəzi üsullar kifayət qədər geniş yayılıb və sadə vətəndaşlar üçün də əlçatan olan peşə ədəbiyyatında qeyd edilib.

Biz də bu məqalədə məhz həmin üsullardan söhbət açacayıq.

Pulları saxtalaşdırmadan qorumağa ilk olaraq başladıqda pulların çap olunduğu “xammalı”  əhalidən gizləməyə başladılar. Xarici görünüşcə pulların adi kağız üzərində çap olunduğunu zənn edə bilərik. Onlar kağız kimi əzilir, cırılır və qatlanır. İlk baxışdan adi kağızdır.

Lakin bu heç də adi kağız deyil. Satışdan bunu asanlıqla əldə etmək mümkün deyil. Bu material xüsusi olaraq yaradılır  və istehsalına ciddi şəkildə texnoloji proseslərlə nəzarət edilir.

Bəs pul üçün “kağız”-ın tərkibi nədən ibarətdir? Müxtəlif ölkələrdə onun tərkibi müxtəlif ola bilər.

Məlumdur ki, Amerika dolları adi yaşıl rəngli kağız parçasını xatırladır. Amerika dolları 74% pambıq və 25% kətandan ibarətdir. Belə “kağızı” qorumağın üsullarından biri onun üzərinə qırmızı və mavi rəngli, müxtəlif uzunluqlu nazik ipək liflərin çəkilməsidir. Bundan əlavə, amerikalılar çap üçün xüsusi boyalardan istifadə edir ki, bu boyaların tərkibi sirr olaraq saxlanılır. Bu boya isə banknot üzərinə bərabər ölçüdə paylanmır və hətta barmaqların ucu ilə toxunduqda relyeflik hiss olunur. Demək olar ki, bütün ölkələrdə pul “kağızı” davamlı olması məqsədilə xüsusi tərkiblərlə yapışdırılır. Bunun üçün isə nişasta, melamin-formaldehid qətran və digər kimyəvi maddələrdən istifadə edilir.

Son xəbərlər
Digər xəbərlər