13 C
Baku
Sunday, September 29, 2024

Pulların səbəb olduğu qəribəliklər

Əsrlərlə davam edən miras davası necə baş verib?

1798-ci ildə o dövrün ən varlı ingilisi hesab edilən Uilyam Cennens dünyasını dəyişdi. Onun nə həyat yoldaşı, nə də uşaqları var idi və o heç bir vəsiyyətnamə qoymamışdı. Məhkəmə ilk olaraq onun cavanlıqda dünyasını dəyişmiş qardaşı nəvəsini varis elan etdi. Daha sonradan 2 000 000 funt dəyərində olan sərvəti digər qohumlar arasında bölüşdürməyə cəhd etdilər. Daha sonradan bu qohumlar daha çox ortaya çıxmağa başladılar. Nəticədə məhkəmə iddiaları bir neçə nəsillərə qədər davam etdi və yalnızca Cennensin ölümündən 117 il sonra başa çatdı. Bu məhkəmə iddiaları ona görə başa çatdı ki, bütün miras qalan sərvət vəkillərin xidmətlərinin ödənilməsinə sərf olundu.

Hindlilər nəyə görə əvvəlcə kobra saxlayıb, daha sonra bundan imtina etmişdilər?

Bir dəfə ingilislər Hindistanda müstəmləkəçilik zamanı çoxalmış kobra ilanlarının sayını azaltmaq üçün onları öldürən şəxsə mükafat veriləcəyini elan etdilər. Yerli əhali ərazilərdən ilanları toplayaraq öldürməyə başladı.  Bu onlar üçün asan qazanc məbləğinə çevrilmişdi. Daha sonradan ingilislər ilanların öldürülməsi üçün nəzərdə tutulmuş mükafatı ləğv etdikdə hindlilərin topladıqları ilanlar onların əlində qaldı. Bunu görən əhali sahib olduqları ilanları sərbəst buraxmağa başaldılar. Bununla da ərazidə ilanalrın sayı əvvəlkindən dəfələrlə çox oldu. O zamandan bəri “kobra effekti anlayışı” yarandı və nəticəni daha da pisləşdirən fəaliyyət üçün istifadə olunmağa başladı.

Kim hər ay pulları bağlamaq üçün rezinlərə 2500 dollar ödəyirdi?

Kolumbiyalı narkobaron Pablo eskobarın karteli çox böyük məbləğdə pullar ilə əməliyyat aparırdı. Onun qardaşı Robertonun sözlərinə görə, onlar hər ay 2500 dolları yalnızca pulları bağlamaq üçün lazım olan rezinlərə xərcləyirdilər. Bu pulların təqribən 10%-i isə siçovullara görə məhv olurdu, belə ki bu ziyanvericilər pulların saxlandığı yerdə banknotların kənarlarını gəmirirdilər.

Bolqarıstan nəyə görə dövriyyəyə 1,95583 lev nominallı sikkə buraxmışdı?

1999-cu ildə Bolqarıstan öz pul vahidi olan levi alman markına bərabərləşdirdi. Bir neçə ildən sonra marklar 1,95583 mark = 1 avro məzənnəsi ilə avroya dəyişdirildi. Bu vəziyyətdə isə lev avrodan asılı oldu. 2005-ci ildə ölkənin Avropa İttifaqına daxil olduğu vaxt Bolqarıstanın Milli bankı həmin dövrə xatirə əlaməti olaraq unikal nominalda – 1,95583 lev buraxdırdı. Bu da Bolqarıstanın gələcəkdə avroya keçməsi arzusunun bir rəmzi əlaməti idi.

Son xəbərlər
Digər xəbərlər