Pulların yuyulması – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin açıq və qanuni şəkildə istifadə etmək məqsədilə kölgədən çıxarılmasıdır.
Təsəvvür edək ki, silah və ya narkotik alverçisi və ya sadəcə dövlət əmlakını talayan şəxs evində xeyli nağd pul toplayıb. Onları banka qoya bilmir, çünki bu, vergi idarəsinin diqqətini çəkəcək. Beləliklə, maraqlı situasiya yaranır – pul var, amma xərcləmək olmur. Vəziyyətdən çıxmaq üçün cinayətkar hiyləgərliklə ya lotereya “udmalı”, ya da qanuni biznesə sərmayə qoymalalıdır ki, pullarının izini itirə bilsin.
Termin mənşəyi
“Çirkli pulların yuyulması” ifadəsi 1920-ci illərdə ABŞ-da ortaya çıxıb. O dövrdə Amerika mafiyası qeyri-qanuni gəlirləri leqallaşdırmaq üçün camaşırxanalar açırdı. Bunu sübut edən heç bir dəlil yoxdur, lakin o vaxtdan bəri termin geniş istifadə olunmağa başlayıb.
Təcrübə
Çirkli pulların yuyulması üsulları çox müxtəlifdir və yalnız cinayətkarların təxəyyülü və yaradıcılığı ilə məhdudlaşır. Məsələn, çirkli pulları leqallaşdırmaq üçün kinodan istifadə olunur. Məsələn, məşhur “The Wolf of Wall Street” filmi oxşar qalmaqalda çəkilmişdi.
Tarixdə “Panama dosyesi” (Panamanın “Mossack Fonseca” hüquq firmasının 2015-ci ildə məxfi sənədlərinin sızması) kimi tanınan hadisə böyük ifşa dalğasına səbəb olub. Məlum olub ki, offşor səhmlərə şəxsən və ya trest və fondlar vasitəsilə sahib olmaq da cinayət gəlirlərini gizlədə bilər. Buna görə də banklar və brokerlər müştərilərin yoxlanmasını gücləndiriblər. Onların vəzifəsi ofşor şirkətlərin son benefisiarlarını və onların gəlir mənbəyini müəyyən etməkdir. Əmlakın mənşəyini təsdiqləmək mümkün olmadıqda, müştəriyə rədd cavabı verilir və o, heç bir əməliyyat apara bilmir.