16 C
Baku
Thursday, April 25, 2024

Pulların yuyulması/terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin müdiri – VTB bank

Tələblər: 

·         hüquq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;

·         Bankda PY/TMM sahəsində iş təcrübəsi (azı 3 il);

·         Azı 3 illik rəhbər vəzifədə iş təcrübəsi arzu olunandır;

·         Analitik bacarıqlar, geniş məlumat bazası ilə işləmək bacarığı;

·         Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu ilə tanışlıq;

·         Risk-menecment, bank kreditləşməsi sahəsində biliklər;

·         rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparma bacarığı;

·         MS Office – Excel yüksək səviyyədə bilmək;

·         Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.

                 Vəzifələri:

·         Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) məqsədi ilə xüsusi daxili nəzarət proqramlarının reallaşdırılması;

·         məlumatın sənədləşdirilməsi, materialların təhlili və ümumiləşdirilməsi ilə bağlı informasiya-texniki işlərin icrası;

·         pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədi ilə daxili nəzarətin həyata keçirilməsi üzrə Bankın struktur bölmələri və filiallarında monitorinqin aparılması;

·         həyata keçirilən əməliyyatlar və əqdlərin iştirakçılarının yoxlanılması, şübhəli əməliyyatların aşkar olunması, əməliyyatların dayandırılması və onların həyata keçirilməsindən imtina daxil olmaqla cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) üzrə Bankın struktur bölmələri və filiallarının işinin təşkili və ona nəzarət;

·         cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) və ya terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə həyata keçirilməsinə şübhə olan  əməliyyatlar barədə Bankın struktur bölmələri və filiallarından daxil olan məlumatların təhlili;

·         PY/TMM məqsədi ilə xüsusi daxili nəzarətin həyata keçirilməsi məsələləri üzrə Bankın əməkdaşlarına təlimlərin keçirilməsi;

·         pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) məsələləri üzrə Bankın işçilərinin bilik və praktiki bacarıqlarının ilkin, planlı və plandan kənar qaydada yoxlanmasının həyata keçirilməsi;

·         pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri üzrə nəzarətedici orqanların sorğularına əsasən  məlumatların və informasiya materialların hazırlanması.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər