25 C
Baku
Saturday, July 27, 2024

Pullarla davranmağın qaydaları

Özünüzü qiymətləndirin

Hər zaman gəlirlərinizi artırmağa çalışın. Özünüzə daha çoxuna layiq olduğunuzu deyin. Əgər sizin cari iş yeriniz maliyyə planında artıq sizin tələblərinizə cavab vermirsə, özünüzü yeni iş axtarmağa kökləyin. Və yaxud əlavə gəlir mənbəyi tapın.

Başa düşmədiyin işə pul yatırma

Hər hanısa bir işə (biznes, qiymətli kağızlar, sazişlər) pul yatırmamışdan öncə həmin işin necə çalışdığını ətraflı şəkildə öyrənin. Hətta sizin yatırım etdiyiniz iş uğurla bitsə də, siz gəlirlərinizin bir qismini diqqətdən qaçıraraq itirə bilərsiniz.

Boş vədlərə inanmayın

Siz anlamalısınız ki, nə qədər çox pul qazanmaq istəyirsinizsə, bir o qədər də çox risk etməlisiniz. Əgər siz gələcəkdə sizə divident qazandıracaq investisiyaya pul yatırırsınızsa, risk etməyinizin bir mənası və nəticəsi olacaq. Yox, əgər siz sizə gəlir gətirməyən bir işə pul yatırırsınızsa, risk etməyinizin bir mənası yoxdur.

Öz maliyyənə nəzarət etməyi öyrən

İnsanların əksəriyyəti ayın sonunda gəlirlərinin 30-50%-ni hara xərclədiklərini yadına sala bilmirlər! Buna görə pullarla düzgün qaydada davranmaq üçün siz öz gəlir və xərclərinizə nəzarət etməlisiniz. Yəni, xərclərinizin və planladığınız gəlirlərin siyahısını tutun və hər ayın sonunda təhlil edin.

Şəxsi (ailə) büdcənizi planlayın

Öncədən Yeni il bayramı qabağı bir çox hədiyyə alacağınızı, yazda stomatoloqa gedəcəyinizi, yayda isə istirahətə çıxacağınızı planlayın.

Qazandığınız pulların bir qismini kənara atın

Pul yığmaq prosesindən də zövq almaq olar, axı nə qədər uzun müddət pul yığırıq, bir o qədər böyük məbləğdə pul yığmış olacağıq. Beləliklə, bankda hesabınız artır və bu sizə özünüzə əminlik hissi bəxş edir.
Öz aylıq gəlirlərinizin 10-20%-ni kənara qoyun. Belə etməklə siz böyük alış-verişlərə, səyahətlərə pul qənaət etmiş olacaqsınız.

Borc götürməyin

Çalışın heç bir halda borc pul götürməyin. Həmçinin çalışın ki, heç vaxt başqa insanların pulları ilə investisiya etmə.

Pulları özünə investisiya et

Əgər uğurlu bir insan olmaq istəyirsənsə, daim inkişaf etməlisən. Seminarları, təlimləri ziyarət edin, ixtisasartırma kurslarına gedin.

İdealın arxasıyca qaçmayın

Bir çox insanlar reklamda və jurnallarda gördükləri böyük evlərə, dəbdəbəli avtomobillərə, yaxtalara və s. sahib olmaq istəyirlər. Onlar daim idealın arxasıyca qaçdıqları üçün heç vaxt xoşbəxt ola bilmirlər.

Son xəbərlər
Digər xəbərlər