1 C
Baku
Saturday, December 14, 2024

Pullu yoldan istifadə haqqı belə olacaq – yolun açılacağı vaxt da rəsmən elan edildi – VİDEO

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu gələn ilin may ayında açılacaq.

Banker.az “Xezerxeber”ə istinadən xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.

O bildirib ki, Bakı-Quba yolunda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.

O ki qaldı qiymətlərə, Agentlik sədri əlavə edib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər təqdim olunub və tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir.

Daha ətraflı Saleh Məmmədovun mövzu ilə bağlı açıqlamasını təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər