12 C
Baku
Monday, September 30, 2024

Pulsuz dünya səyahətini qaçırmayın!

Daim hərəkət halında olan bir həyat maraqsız ola bilməz. Həmçinin ucuz.  Mütəmadi olaraq bir yerdən digər yerə səyahət etmək və yeni insanlar tanımağın haqqını ödəmək lazımdır. Bəs çox pul xərcləmədən bütün dünyanı necə səyahət etmək olar?

1. www.couchsurfing.org/  – onun məqsədi səyahət etmək arzusunda olanları çox pul xərcləmədən arzularına çatdırmaq.  Əcnəbi ölkəyə gələn şəxs pulsuz olaraq yerli sakinlərdən birinin evində yerləşir. Bununla yanaşı, sizi qəbul edən ailə yerli turistik məkanları gəzdirə, vaxtınızı maraqlı və faydalı keçirməyinizə kömək edə bilər. Ev sahibinin əcnəbi qonaqdan pul istəməsi cəmiyyət tərəfindən qadağan edilib. Lakin ev sahiblərinin hədiyyə və ev işlərinə kömək istəmək hüququ var.

2. Turtle Teams, «Tısbağa komandası». Bu bütün dünya üzrə fəaliyyət göstərən minlərlə kiçik qrupun adıdır. Bu qrup nəsli tükənməkdə olan dəniz tısbağalarına kömək etməklə məşğuldur. Daha çox məlumatı isə www.seaturtles.org və www.cccturtle.org saytlarından öyrənə bilərsiniz.

3. Conservation Volunteers, Avstraliya və Yeni Zellandiya

www.conservationvolunteers.com.au. Təşkilatın adı təxmini olaraq “Könüllü təbiət qoruyucuları” kimi tərcümə olunur. İştirakçıların əsas tapşırığı təbiətin qorunması və ekoturizmin inkişaf etdirilməsidir. Fondun britaniya versiyası – BTCV (British Trust for Conservation Volunteers), www.btcv.org.uk.

4. Sudan Volunteer Programme www.svp-uk.com  – ingilis dilini bilənlər üçün yayda pul qazanmaq üçün əla fürsətdir. Bu proqram Sudan uşaqlarının və tələbələrinin xarici dil öyrənməsinə istiqamətlənib.

5. Appalachian Trail Conference www.appalachiantrail.org – un məqsədi təşkilatın 2,175 millik irsinin – Men ştatından Corcia ştatına qədər olan 250 000 hektar yaşıl ərazinin qorunmasıdır.

6. Trip Leader for HF Holidays, Avropa www.hfholidays.co.uk – Bu könüllüləri yürüyüş turizmi ilə ölkələrə səyahət göndərən ən populyar Avropa təşkilatlarından biridir.

7. Help Exchange- www.helpx.net – Bu saytda bütün dünya üzrə əlavə işçi qüvvəsinə ehtiyacı olan şəxslərin siyahısı təqdim edilir. Əlavə işçi qüvvəsi təyin edilən yer ferma, kiçik bağ, məktəb, kilsə, bina tikintisi və yaxud adi ictimai mərkəzin tikilməsi üçün tələb edilə bilər.

8. Peace Corps – www.peacecorps.gov – Xarici ölkədə yaşamaq və işləmək üçün ən ideal şansdır. Bu zaman sağlamlığın, ətraf mühitin qorunması və s.dən başlayaraq müxtəlif sahələrdə işləyə bilərsiniz. Bununla yanaşı, bu təşkilatın amerikan versiyası da  – Voluntary Services Overseas www.vso.org.uk mövcuddur.

9. United Nations Volunteers – BMT könüllüləri www.unv.org – Sağlamlığın qorunmasından başlayaraq fəlakət sonrası yardıma qədər geniş həcmdə yardım sərgiləyir.

10. WWOOF www.wwoof.org – Fermada 6 saat işləmək istəyənlər bu saytda xüsusi blankı doldurur və tarla işlərində işləmək istəklərini biruzə verirlər. Bir müddət sonra fermerlərdən biri sizi iş qarşılığında qalacaq yer və qida ilə təmin etməyə hazır olduğunu bildirəcək. Bununla yanaşı sizə seçim hüququ veriləcək: istədiyiniz ölkə üzrə proqramda iştirak edən bütün fermerlərin kataloqu təqdim ediləcək. Geriyə qalan sadəcə nömrəni yığmaq, iş müddəti və şərtlərini razılaşmaq qalır. Bu günkü gündə WWOOF 53 ölkədə işləyir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.