Razılaşaq ki, məzuniyyət arzulamaq və məzuniyyətə yollanmaq fərqli-fərqli şeylərdir. Arzulamağı pulunuz olmadan da etmək mümkündür, əsl məzuniyyətə getmək üçün isə səy göstərmək lazımdır.
Hazırda internet vasitəsilə çox da baha olmayan tur tapmaq asandır. Lakin ilk öncə həqiqətən də otel, əyləncə və təyyarə üçün əlavə pul ödəməli olmadığınızı dəqiqləşdirməlisiniz. Daha çox pul ödəməmək üçün bəzi “hiyləgərlikləri” bilmək lazımdır. Bu fəndlərdən istifadə edin və qul qabınız zərər görməyəcək:
«all you can eat» restoranlar axtarın:
Düzdür, bu restoranlarda yemək bir o qədər də ləziz olmasa da, qiymət sizi qane edəcək. Qiymət isə təqribən 1 nəfər üçün 15 dollar təşkil edəcək.
Xüsusi nahar menyusuna diqqət yetirin:
Xarici ölkələrdə bir çox restoran və kafelər xüsusi nahar menyusu təqdim edir ki, burada yeməklər adi menyuda olduğundan əhəmiyyətli dərəcədə ucuzdur.
Tələbələr üçün endirim:
Əgər tələbəsinizsə, utanmayın və cəsarətlə tələbələr üçün endirimlərin olub-olmadığını soruşun. Avropada bu yolla ucuz biletlər əldə edə bilərsiniz.
Muzeylərin saytını tez-tez ziyarət edin:
Bəzi muzeylər biletlərə endirim, hətta bəzi günlər pulsuz giriş təklif edir. Bu məlumat adətən muzeylərin saytında yerləşdirilir.
Gecələmək qarşılığında bir qədər zəhmət:
Bəzi hallarda ferma sahibləri üçün bir qədər işləmək qarşılığında gecələmək üçün yer əldə edə bilərsiniz. İnanın, bu elə də pis variant deyil.
Alternativ uçuş yollarından istifadə edin:
Hava limanlarının əksəriyyətində seçilmiş avia şirkətdən asılı olaraq marşrut üzrə vergilər fərqlənir. Qənaət etmək üçün təyinat məntəqəsi üçün hansı alternativ yollardan istifadə edə bilərik. Məsələn, Avropadan Amerikaya uçursunuzsa Londona getmədən öncə Dublinə enməyiniz məsləhətdir.