12 C
Baku
Monday, November 4, 2024

Pulsuz olan Leo kart nədir, hansı üstünlükləri var və necə əldə etmək olar? – İZAH

Bildiyimiz kimi, bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən mobil bankçılıq xidməti – Leobank istifadəyə verilib. Bankların adətən müştərilərə pulla göstərdiyi, demək olar ki, bütün xidmətləri Leo pulsuz təqdim edir. Bunun səbəbi isə filiallara pul xərclənməməsidir. LeoBank pulsuz debet kartı olan Leokart-ı müştərilərə təqdim edir.

LEOKART NƏDİR VƏ HANSI ÜSTÜNLÜKLƏRİ VAR?

Leokart kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün olan kartdır. Həm də debet kartını ala bilərsiniz.

  • Kreditdən 62 günədək pulsuz istifadə edə və öz vəsaitinizlə gəlir əldə edə bilərsiniz. Heç bir gizli komissiya və ya ulduzlar yoxdur. 10 000 ₼-ə qədər kredit limiti olan pulsuz kartdır. Kredit yaşı 21-dən yuxarı olan və minimum 3 ay iş təcrübəsi rəsmi iş yeri olan şəxslərə verilir.
  • Bütün ödənişlər və köçürmələr — pulsuzdur. Kart balansının artırılması – pulsuzdur. Kartlara köçürmələr – pulsuzdur. Kommunal və digər xərclər də pulsuzdur. Kredit vəsaitlərin hesabına belə.
  • Şərt, məhdudiyyət və xallar olmadan 20%-dək Cashback real pul şəklində qaytarılacaq.
  • Kartın sifarişi, kartın çatdırılması, Leo kartına köçürmə və digər bankın kartına köçürmə pulsuzdur. Kredit vəsaitlər 2%-dir.
  • PİN kodu və internet limitini dəyişdirmək, kartı bloklaşdırmaq, çıxarış sifariş etmək – bütün bunları bir neçə saniyə ərzində pulsuz həyata keçirmək mümkündür.
  • “Shake it” xidməti var. Siz sadəcə telefonu silkələyib, köçürməni həyata keçirə bilərsiniz. Bunun üçün kart nömrəsini və hətta alıcının telefon nömrəsini bilməyə ehtiyac yoxdur. Ödəyici ilə alıcı bir-birindən kifayət qədər dərəcədə yaxın yerdədilərsə, Leobank tətbiqetməsinə daxil olub, telefonu silkələmək kifayətdir.
  • Debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda gündəlik olaraq hesablanır. Debet qalığı üzrə ay ərzində hesablanmış faiz məbləği minimum 0.03 AZN olduqda növbəti ayın ilk günü kart hesabına köçürülür.
  • Debet kart kimi istənilən terminallardan və ya Unibank-a məxsus ATM-lərdən mədaxil edə bilərsiniz, heç bir faiz tutulmur. Məxaric etdikdə, yəni balansdan pul çıxardıqda Unibank-ın ATM-lərində komissiyasız, lakin digər banklarda 0.5% komissiya tutulur.

LEOBANK KARTININ BALANSINI NECƏ ARTIRMAQ OLAR?

  • Unibank terminallarında və ATM-lərində
  • MilliÖn, eManat, Express Pay ödəniş terminallarında

Bildirək ki, hesabın artırılması komissiyasızdır və pul dərhal hesaba köçürülür.

l21

LeoBank-dan pulsuz necə debet kart əldə etmək olar? – izah

Leo kartını rəsmiləşdirmək üçün sadəcə mobil tətbiqi yükləyib, çətin olmayan prosedurdan keçmək kifayətdir. Kartı sizə bank işçisi çatdıracaq və ya özünüz onu Unibank filialından əldə edə bilərsiniz. İlk olaraq, LeoBank-ın rəsmi saytı olan leobank.az saytına daxil oluruq. İştirak edəcəyinizi təsdiq etmək üçün e-mail və telefon nömrəsini daxil edib təsdiq edirsiniz.

l1

1.Leobank mobil tətbiqini yükləyirsiniz, mobil nömrənizi daxil etmək tələb olunur;

l11

2. Sonra telefon nömrənizə 4 rəqəmli SMS kod gəlir və onu daxil edirsiniz;

l12

3. Doğum tarixinizi qeyd edirsiniz;

l14

4. Şəxsiyyət vəsiqənizin fin kodunu daxil edirsiniz;

l15

5.Məşğulluq haqqında məlumat açılır. Səhifədə rəsmi iş yerinizin olub-olmamasını və ya təqaüdçü, tələbə olduğunuzu qeyd edirsiniz. Qeyd edək ki, əgər rəsmi iş yeriniz varsa, kredit kartı da verilir, əksinə isə yalnız debet kart kimi verilir;

l16

6. Çatdırılma üsulu açılır, ordan çatdırılma şəhərini seçirsiniz;

l17

7. Kartı necə əldə etməyiniz üçün iki seçim verilir, ya özünüz filiala yaxınlaşıb əldə edə və ya bank əməkdaşı ilə çatdırılma ola bilər. Hər iki seçimdə pulsuzdur;

l18

8.Tarix və saatı, daha sonra isə konumu seçib təsdiq edirsiz. Çatdırılma günü bank əməkdaşı sizinlə əlaqə saxlayacaq, şəxsiyyət vəsiqənizi götürməyi unutmayın.

l19 l20

Son xəbərlər
Digər xəbərlər