-3 C
Baku
Sunday, December 15, 2024

Pulsuz olan multivalyutalı “UCard” nədir və hansı üstünlükləri var?

“Unibank” yeni UCard kartını elan edir. Ölkədə ilk dəfə yerindəcə və PULSUZ təqdim olunan Multivalyutalı kartdır. UCard –  kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartdır.

BƏS UCARD NƏDİR VƏ HANSI ÜSTÜNLÜKLƏRİ VAR?

Ucard – bütün kart və hesab əməliyyatlarının özündə birləşdirən AZN, USD, EUR və GBP valyutalı kartdır. Rəsmi gəliriniz varsa, Ucard vasitəsi ilə sizə istər nağd, istərsə də kredit xətti rəsmiləşdirilə bilər. Kredit xətti üzrə nağlaşdırma komissiyası 1%-a endirilib. Kart debet kimi rəsmiləşdirilən zaman standart olaraq hesabı debet AZN hesab, kredit kimi rəsmiləşdirilən zaman kredit xətti AZN hesabı olur. Kartın valyutasını, yəni əsas hesabını Bankın ATM-lərində və Mobile Banking-də (son yenilənmə olmalı ) rahat şəkildə dəyişdirə bilərsiniz.

Qeyd edək ki, kartın ATM və MB də kartın əsas hesab kimi ( by default) hansı seçsəniz bütün əməliyyatlar həmin hesabdan keçmiş sayılacaq. Kartın növü Visa və Mastercarddır. Dünyanın istənilən yerində istifadə edilməsi mümkündür.

  • Kartın müddəti 5 illikdir.
  • 40 günədək faizsiz kredit xətti,10.000 AZN-dək güzəşt müddətli kredit xətti və 20 000 AZN-dək nağd kredit imkanı verilir.
  • Kart qalığına illik 5%-dək gəlir,
  • 30%-dək keşbek, taksit imkanı, müxtəlif valyutalı hesablardan istədiyini əsas hesab seçmək imkanı təqdim edir.
  • 200 AZN-dək komissiyasız gündəlik mədaxil edə bilərsiniz. İki Unibank kartı arasında komissiyasız köçürmə edə bilərsiniz. Digər ATM-lərdə 1.5% minimal 3.5 AZN tutulur. Unibank ATM-lərində isə komissiyasız məxaric edə bilərsiniz.
  • Digər bank kartlarına köçürmə zamanı 0.5 % minimal 1 AZN komissiya Unibank tərəfindən komissiya tutulur.
  • Ubanka məxsus aTM-lərdən nağlaşdırma komissiyasızdır. Digər Banka məxsus ATM-lərdən nağlaşdırma zamanı, məbləğ 0-10 AZN/USD/EUR/GBP aralığında olduqda 1 AZN/USD/EUR/GBP komissiya tutulur, məbləğ 10 AZN/USD/EUR/GBP yuxarı olduqda isə 1.5% +“xidmət edən bankın komissiyası” *min 2 AZN/USD/GBP,EUR komissiya tutulacaq.

Onu da qeyd edək ki, UBank vasitəsilə online sifariş edə bilərsiniz. Hər hansı ödəniş tələb olunmur.

Son xəbərlər
Digər xəbərlər