Yeni “aKart” rəqəmsal kartı təqdim edilib. Rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. “PAŞA Bank”, “VİSA”, “AzİnTelecom” ilə birgə əməkdaşlıqda həyata keçirilir. PAŞA Bank, eyni zamanda, rəqəmsal kartın emitenti qismində çıxış edir.
Kart pulsuzdur. Supermarket 5 %, Aptek 5 %, YDM və Avtoehtiyat hissələri üzrə 5 %, digər kateqoriyalarda isə 1 % keşbek qazanmaq olur. Keşbek üçün kateqoriya seçimi, minimal dövriyyə tələbi və keşbekin köçməsi üçün əlavə müddətə ehtiyac yoxdur, keşbek 1 qəpik olsa da, karta köçürmə imkanı var. Karta köçürmə, nağdlaşdırma və mədaxil komissiyasızdır.
“akart”ın balansını necə artırmaq olar?
Kart rəqəmsaldır və nağdsız ödənişləri “Apple Pay” və “Google Pay” ilə NFC dəstəkləyən cihazlarda etmək mümkündür. “eManat” vasitəsilə mədaxil etmək mümkündür. Nağdlaşdırma NFC dəstəkləyən cihazlar və ATM-lərlə mümkündür. Köçürmədə gündəlik limit 3000 ₼ təşkil edir.
“akart”ın etibarlılıq müddəti nə qədərdir?
“akart”ın istifadə müddəti 3 il təşkil edir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. Abunəçi yeni kartı aktivləşdirməsə, balansda saxlanılan pul vəsaiti bloklanacaq.
Abunəçi eyni anda bir neçə “akart”a sahib ola bilər?
Hazırda hər bir abunəçinin adında yalnız 1 “akart” ola bilər.
“akart”ı necə əldə etmək olar?
Kartı əldə etmək üçün “Kabinetim” tətbiqindən onlayn çata müraciət edərək əldə edə bilərsiniz.
Hansı hallarda “akart” abunəçiyə təqdim edilmir?
18 yaşına çatmamış abunəçilərə “akart” təqdim edilmir. Abunəçi Azərbaycan vətəndaşı deyilsə, “akart”ı əldə edə bilməz.