Pulu olub, borcunu ödəməyənləri ifşa edən aplikasiya istifadəyə verilib

0

Banker.az məlumat üçün bildirir ki, Çində təqdim olunan bu yeni tətbiqetmə, maddi imkanı yaxşı olduğu halda borcunu ödəməyən insanları bir xəritə üzərində göstərərək ifşa edir. Aplikasiyanın məqsədi borcluları utandıraraq borclarını ödəmələrini təmin etməkdir.

Dünyanın ən sıx əhalisi olan  Çin, dünyanın yeni super gücü ola bilmək yolunda əmin addımlarla irəliləyir. Asiyanın parlayan ulduzu iqtisadiyyatını, ordu gücünü və texnologiyasını hər keçən gün bir az daha təkmilləşdirməklə yanaşı, bəzi qəribə tətbiqetmələri ilə də gündəmdən düşmür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Pulu olub, borcunu ödəməyənlər ifşa olunacaq

 Rəsmi səlahiyyətli orqanlar tərəfindən edilən açıqlamaya, əsasən Çinin Hebei əyalətində xidmətə istifadəyə verilən yeni bir tətbiqetmə xəritə üzərində maddi imkanı yaxşı olan, amma borclarını ödəməyən insanları ifşa edəcək. Zarafat kimi görünsə də qətiyyən zarafat deyil. Aplikasiya 500 metr daxilində bütün borcluları xəritədə göstərəcək (nişan verəcək).

Borclu olub-olmadığınız hər kəs tərəfindən bilinəcək

Proqram təminatında göstərilmək üçün nə qədər borcunuz olduğunuzu, borcunuzu nə qədər müddətdir ödəmədiyinizi bilməyə və yaxud haqqınızda digər hansı məlumatların gərəkli olduğu tam olaraq dəqiq bilinmir, amma Siz hər ehtimala qarşı əgər “Çin”-ə  borcunuz varsa və Hebei əyalətinə səfər etmək niyyətindəsinizsə, birilərinin Sizin borclu olduğunuzu biləcəyindən şübhəniz olmasın.