33 C
Baku
Saturday, July 20, 2024

Pulu Rusiyadan xaricə necə çıxarmaq olar? – Addımbaaddım təlimat

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra son bir həftə ərzində on minlərlə insan ölkəni tərk etməyə qərar verib. Əgər sizin də gəliriniz Rusiya banklarının rubl hesablarına bağlıdırsa, pullarınızı ölkədən çıxarmaq üçün nə etməli olduğunuz haqda bu məqalədən öyrənin.

Pul köçürmələri

Bu nədir? Pul köçürmələri dedikdə, “Western Union” kimi beynəlxalq pul köçürmə xidmətləri nəzərdə tutulur.

Kimə uyğundur? Bu üsul ən çox Türkiyə, Gürcüstan, Ermənistan və MDB ölkələrinə səyahət edənlər üçün əlverişlidir. Vurğulamaq lazımdır ki, Avropa İttifaqı üçün bu üsul daha az uyğundur, baxmayaraq ki, bəzi Aİ ölkələrində köçürməni qəbul etmək imkanı var, məsələn, Yunanıstan, Kipr və ya Çexiyada.

Bu necə işləyir? İlk növbədə pul köçürməsini həyata keçirmək üçün istifadə edəcəyiniz xidməti seçməlisiniz. Ümumilikdə, üç seçiminiz var:

“Zolotaya Korona” – “Korona Pay” tətbiqi vasitəsilə;

“Unistream” – eyni adlı tətbiq vasitəsilə;

“Contact” (Qiwi) – eyni adlı tətbiq vasitəsilə.

Adətən bütün sistemlər üçün hərəkət alqoritmi təxminən eynidir. Misal üçün, “Zolotaya Korona”nı nəzərdən keçirək:

1. “Korona Pay” tətbiqini yükləyin və qeydiyyatdan keçin (tam adınızı və pasport məlumatlarınızı daxil edin), sonra isə Rusiyadakı bank kartınızı ona bağlayın.

2. Pulu alacaq şəxsi müəyyən edin: ölkəni seçin, şəxsin soyadını, adını və ata adını, o cümlədən şəxsi telefon nömrəsini yazın.

3. Köçürmə valyutasını seçin: dollar, avro və ya yerli valyuta. Nəzərə alın ki, ən yaxşı variant pulu dollarla köçürməkdir. Sistem sizə nə qədər rubl lazım olduğunu avtomatik olaraq hesablayacaq, konvertasiya dərhal baş verəcək.

4. Pulu göndərdikdən sonra vəsait Rusiya bankının kartından silinəcək və alıcı köçürmə barədə bildiriş alacaq (SMS və ya Push-bildiriş vasitəsilə).

Pulu ödəniş sisteminin əməkdaşlıq etdiyi banklardan və ya mikromaliyyə təşkilatlarından nağd şəkildə çıxara bilərsiniz (onların siyahısı adətən tətbiqdə qeyd olunur). Bunun üçün bankın və ya mikromaliyyə təşkilatının filialına getməyiniz, köçürmənin kodunu və pasport məlumatlarınızı təqdim etməyiniz kifayətdir.

Hər bir sistemin əməliyyatların göndərilməsi və alınması üçün öz limitləri var. Məsələn, siz “Zolotaya Korona” vasitəsilə ayda 10 min dollardan çox pul göndərə bilməzsiniz. Bundan əlavə, bütün ölkələrdə dollar və ya avro ilə pul çıxarmaq mümkün olmur. Bu halda vəziyyətdən çıxış yolu pulu yerli valyutada göndərməkdir, sonra isə sizə lazım olan valyutaya dəyişməkdir.

Risklər. Pul köçürmələri zamanı heç bir xüsusi risk yoxdur, lakin Rusiyanın Milli Klirinq Mərkəzinə qarşı sanksiyalar tətbiq olunarsa, göndərdiyiniz pulun aqibəti nə olacağı bəlli deyil. Buna görə də, pul köçürmələri vasitəsilə göndərilən ödənişləri dərhal çıxarmağı tövsiyə edirik.

Onlayn “Exchange”lər

Bu necə işləyir? Onlayn “Exchange”lər – bir insanın Rusiyanın xaricində ola-ola rubl və ya kriptovalyuta ala biləcəyi platformalardır.

Kimə uyğundur? Bu üsul daha çox ölkəyə çıxış əldə etmək istəyənlər üçündür. Lakin nəzərə almaq lazımdır ki, onlayn “Exchange”lər daha çox komissiya tutur.

Bu ecə işləyir? Əvvəlcə  onlayn “Exchange” aqreqatorlarından birini açmalısınız, məsələn, “Bestchange”. Mübadilə vasitələrinin siyahılarını, eləcə də bütün ödəniş üsullarını da məhz burada tapacaqsınız.

İlk olaraq “nə göndərdiyinizi” və “nə aldığınızı” seçməlisiniz. Birinci pəncərədə pulu göndərən bankı müəyyən edin, “Almaq” pəncərəsində isə “Visa” və ya “Mastercard” kartını seçin. Növbəti mərhələdə sağda müxtəlif mübadilə platformalarını görəcəksiniz. Qeyd edək ki, platforma təklif olunan məzənnə, minimal köçürmə məbləği və mövcud məhdudiyyətlərə əsasən seçilməlidir.

Sonra seçilmiş platformanın saytına daxil olun. Orada köçürmə məbləğini və alıcının kart nömrəsini yazın. Növbəti mərhələdə “ödənişə davam et” düyməsini sıxın.

Risklər. Naməlum şəxsə P2P transferi etmək riskdir işdir. Belə ki, bank sizin əməliyyatınızı şübhəli hesab etdiyi təqdirdə, hesabınız bloklanacaqdır. Əgər bu baş verərsə, banka pul köçürməsinin səbəbini izah etməli olacaqsınız.

Kriptobirjalar

Bu nədir? Kriptobirjalar – insanların bir-birinə kriptovalyuta və ya fiat pul göndərdiyi  platformalardır. Burada köçürmələr fiziki şəxslər arasında həyata keçirilir və eyni bank daxilində istifadəçidən istifadəçiyə, pul kisəsindən pul kisəsinə ötürülür. Bir sözlə, pulunuz ölkə sərhədini keçmir.

Kimə uyğundur? Bu üsul Rusiyadan xaricə pul köçürmək istəyən demək olar ki, hər kəsə uyğundur. Lakin nəzərə almaq lazımdır ki, kriptobirja daxilində həyata keçirilən pul köçürmələrinə görə yüksək komissiya haqqı tutulur, buna görə kiçik köçürmələr etmək sərfəli deyil.

Bu necə işləyir? İlk növbədə kriptobirjalardan birində hesab açmalısınız. Yeri gəlmişkən, ən populyar kriptobirja “Binance”dır. Lakin onun analoqları çoxdur: “KuCoin”, “OKX”, “Huoni” və digərləri. Qeydiyyatdan keçəndən sonra hesabınızı təsdiqləməlisiniz. Bunun üçün sizdən tələb olunan məlumatları qeyd edib pasport şəklinizi göndərməyiniz lazımdır.

Növbəti mərhələdə “Trade” bölməsini seçməlisiniz və orada P2P-ə keçidə edərək almaq istədiyiniz kriptovalyutanı qeyd etməlisiniz. Ən geniş yayılmış variant dollara bağlı olan USDT steyblkoinidir.

Sonra ödəniş metodunu, məsələn, “Tinkoff” kartını və ya birjada mövcud olan başqa variantı seçməlisiniz. Bunu etdikdən sonra rubl almaq və USDT satmaq istəyən satıcıların siyahısını görəcəksiniz. Məzənnə və limitlər haqqında olan məlumat da orada yerləşəcəkdir. Orderi seçdikdən sonra kriptobirjanın təlimatlarına əməl etməlisiniz: sifarişi ödəmək üçün başqa istifadəçiyə məxsus bank kartının nömrəsinə pul köçürməlisiniz (P2P). Ödənişi təsdiq etdikdən sonra kriptovalyuta hesabınıza oturacaqdır. Qeyd edək ki, bu mərhələdə birja istifadəçiləri fırıldaqçılıqdan sığortalayır.

Başqa bir ölkədə pulu almaq üçün bütün alqoritmi tərs qaydada təkrarlamalısınız. Birincisi, pulu hansı ölkədən çıxarmaq istədiyinizi seçin, sonra order yaradın və birjanın müəyyən etdiyi pul kisəsinə ödəniş edin. Qeyd edək ki, tərs qaydada həyata keçirdiyiniz əməliyyat zamanı hesabınıza xarici bank kartınızı bağlamalı olacaqsınız. Növbəti mərhələdə SELL USDT, valyuta və pul çıxarma bankı seçin.

Əgər hal-hazırda Avropa İttifaqı ölkəsindəsinizsə və bank hesabı açmaq imkanınız yoxdursa, ödənişlər üçün “Revolut”da hesab açmağa cəhd edə bilərsiniz.

Risklər. Naməlum şəxsə hər hansı P2P transferi etmək çox risklidir. Belə ki, bank sizin əməliyyatınızı şübhəli hesab etdiyi təqdirdə, hesabınız bloklanacaqdır. Əgər bu baş verərsə, banka həyata keçirdiyiniz pul köçürməsinin səbəbini izah etməli olacaqsınız. Bundan əlavə, bəzi yeni məhdudiyyətlərin tətbiqi ilə Rusiya vətəndaşları üçün kriptovalyutadan istifadə etmək imkanının qeyri-mümkün olması riski mövcuddur. Ona görə də yaxşı olar ki, kriptobirjalarda böyük məbləğlər saxlamayasınız, dərhal kartınıza köçürəsiniz.

Son xəbərlər
Digər xəbərlər