22 C
Baku
Thursday, August 11, 2022

Pulu xərcləmədən öncə nə qazanacağınızı hesablayın!

Hər hansı bir xidmətə, əyləncəyə, əşyaya pul xərcləmədən öncə bu xərclərin sizə nə qazandıracağını hesablayın. Nəticədə nə qazanacağınızı hesablaya bildikdə xərclər gəlirlərə gətirib çıxara bilər.

Məsələn, pul xərcləmədən özünüzə verə biləcəyiniz sullardan bir neçəsini təqdim edirik. Bu sadə suallarla xərcinizin sizə nə qazandıracağını hesablaya bilərsiniz.

Ailəniz üçün alış-veriş edirsiniz?

İlk olaraq bu alış-verişin ailənizə hər hansı kömək edib-etmədiyini düşünün. Yəni aldığınız əşya yalnızca sizə deyil, ailəniz üçün də faydalı olacaqsa bu xərcdən qazanc əldə etmiş olacaqsınız.

Bu alış-veriş zamanınıza qənaət edəcəkmi?

Əgər aldığınız əşya sizə boş zaman qazandıracaqsa və digər faydalı məşğuliyyətlər üçün imkan yaradacaqsa bu əşyaya pul xərcləməklə bir şey itirmirsiniz.

Sağlamlığınız yaxşılaşacaqmı?

Bəzən xərclər uzun müddətli perspektivdə fiziki vəziyyətinizi yaxşılaşdıra bilər. Daha bahalı, lakin daha keyfiyyətli məhsullar aldıqda daha uzun müddət sağlam qalacaqsınız. Bir cüt keyfiyyətli idman ayaqqabısı və yaxud idman avadanlığı almaq özü sağlamlığınıza edilmiş bir yatırımdır. İnsanın özünə sərmayə yatırması daim böyük mahiyyətə malikdir. Əlbəttə ki, bu cəhdlər həqiqətən də sağlam olmağınıza kömək etsin.

Həyat keyfiyyətiniz artacaqmı?

Düşünün: ödəniş etdikdən sonra özünüzü həqiqətən də xoşbəxt hiss edəcəksinizmi? Həyat keyfiyyətiniz artacaq? Cavabınız “bəli”-dirsə ödəniş edə bilərsiniz.

Qərar vermək üçün açar mövqeli ideya – “xərclər kömək etməlidir”-dir. Alış-verişin sizə nə qazandıracağı sualının cavabını dəqiq olaraq bilirsinizmi? Boş zamanınız yaranacaqmı, məqsədə daha yaxın olacaqsınızmı? Lakin səmimi olaraq cavab verin. Əgər xərclədiyinizdən daha artığını qazanmayacaqsınızsa pullarınızı küləyə sovurmayın.

Son xəbərlər
Oxşar xəbərlər