23 C
Baku
Saturday, April 20, 2024

Pulun təkamül tarixinə dair qeydlər

Müəllif : Rövşən Qəniyev- Mərkəzi Bankın əməkdaşı

Pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməmişdir. Bəşər cəmiyyətində pul təxminən 6-8 min ildir ki, yaranıb təşəkkül tapmış və uzun təkamül yolu keçmişdir. Pul hər hansı bir şəxs tərəfindən ixtira edilməmişdir. Pul məhsuldar qüvvələrin və əmtəə münasibətlərinin daha yüksək inkişafının nəticəsi kimi meydana çıxmışdır. İnsanların hamısının eyni əmtəəyə malik olmaması onların bir-birində olan əmtəəyə ehtiyac yaradırdı və bu da insanlar arasında mübadilənin yaranıb inkişaf etməsinə səbəb oldu. Pul alqı-satqı əməliyyatlarının reallaşdırılmasında bir vasitədir.

Qədim dövrdə insanların öz təlabatlarını ödəmək üçün müəyyən növ əmtəəyə ehtiyac duyulurdu. İnsanların öz tələbatlarını ödədikdən sonra qalan əmtəənin digər növ əmtəəyə uyğun mübadiləsinə ehtiyac yaranırdı.

Birinci ictimai əmək bölgüsünün yaranaması ilə mübadilə müntəzəm şəkil alır və dəyərin ikinci mübadilə forması tam və ya dolğun dəyər forması yaranır. İkinci böyük ictimai əmək bölgüsü-sənətkarlığın əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi mübadilənin inkişafında yeni pillə oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxartdı. Əvvəllər ümumi ekvivalent kimi duz, xəz dəri, mal-qara, çörək, fil sümüyü, zeytun yağı, düyü, taxıl, gil, atlar, qoyunlar,  yun, qətran, şərab, donuz, çay, tütün, pivə, keçi, bıçaqlar və s. rol oynayırdı.

İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan “pekuniya”-pul “pekus”-mal-qara sözün- dən yaranmışdır. Həmçinin “Kapital” sözü də latın dilindəki caput sözündən götürülüb.Caput sözünün mənası isə “baş” deməkdir.

Pul uzun tarixi təkamül yolu keçmişdir. Əvvəllər ümumi ekvivalent forması kimi duzdan, xəz dəridən, fil sümüyündən, mal-qaradan, çörəkdən, zeytun yağından, düyüdən, taxıldan, dəridən və.s istifadə edilirdi.

r1Şərq slavyanları ərəblərlə ticarət edərkən pul vasitəsi kimi xəz dərilərdən istifadə edirdilər.

Ekvivalentin təkminləşdirilməsi və tarixi inkişafı nəticəsində pulun funksiyasını sikkələr, gümüş və qızıl pullar oynamağa başladı. Kapitalist istehsalı bərqərar olduqdan sonra pul daha da təkminləşməyə məruz qaldı.

r2Pul vasitəsi kimi kauri balığqulaqları məhşur idi. Çində onlardan pul vasitəsi kimi 3500 il bundan əvvəl istifadə edirdilər. Sonralar ilk Çin pulları həmin balığqulağı formasında hazırlanırdı. Kauri balıqqulaqları IX-XVIII əsrlərdə Hindistanda, XVII əsrdə Taylanda, XIX əsrdə isə Afrikada pul kimi istifadə olunurdu. Asiyanın bəzi ölkələrində isə hətta XX əsrin əvvəllərinə kimi ondan   istifadə olunurdu.

Sparta pulları iri və agır hazırlanırdı. Onları daşımağa atlı araba lazım olurdu. Bu pullar dəmirdən hazırlanır, qaynar halda uksusa salınırdı ki, təkrar emal üçün yararsız olsun.

Zaman keçdikcə pulun təkamülü nəticəsində bunları sikkələr əvəz etməyə başlamışdır. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu. Sikkə bir tərəfdən, əmtəə istehsalı və mübadilənin inkişafı, digər tərəfdən, quldarlıq dövlətlərinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, tacirlər sinfinin yaranması nəticəsində meydana çıxmışdır, sikkənin üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanır. Sikkənin korlanmasının qarşısını almaq məqsədilə “qurt” kəsikli edilirdi. İlk sikkələr demək olar ki,e.ə.VII əsrdə qədim Çində və qədim Lidiya dövlətində meydana gəlmişdir. Kiyev rusiyasında ilk sikkənin buraxılması IX-X əsrlərə gedib çıxır.

r3İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada

(Kiçik Asiyanın qərb hissəsi)  meydana gəldi.

İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur. Ölkələr qızıl tədavülünə XX əsrin yarısında keçmişdilər. Bu ölkələrdən aparıcısı Böyük Britaniya idi ki, öz müstəmləkə və dominionları ilə birlikdə qızıl hasilatı üzrə dünyada birinci yeri tuturdu. Həqiqi pullar üçün sabitlik xarakterikdir.

Qızıl tədavülü I dünya müharibəsinədək mövcud olmuşdur.

Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir:

  • Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr
  • Kağız dəyər nişanələri, bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.

r4Kağız pullar qızıl sikkənin əvəzedicisi kimi ilk dəfə XII əsrdə  Çində yaranıb. Çin höküməti ağır dəmir pullar buraxdırdı. XI əsrdən hökümət tacirlərə qəbz verməyi qadağan etdi və özü sikkələri əvəz edən qəbzlər hazırladı.

Kağız pullar– tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII  əsrdə, Rusiyada isə 1769-cu ildə meydana gəlmişdir. Qızıl sikkə ilə müqayisədə bu kimi əmtəə istehsalçılarına müəyyən üstünlüklər (məsələn, saxlamaq asandır, xırda partiyalı hesablaşmalarda əlverişlidir) yaratmışdır. Kağız pullar buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə yeritmək üçün qızl sikkələrə dəyişdirilidi.

Pul sistemi-hər bir ölkədə tarixən yaranmış və milli qanunlarla möhkəmləndirilmiş pul tədavülünün təşkil edilməsi formasıdır. Pul sisteminin yaranması XVI-XVII əsrlərdə kapitalist istehsal üsulunun həm də mərkəzləşdirilmiş dövlət və milli bazarın yaranması, təsdiqlənməsi dövrünə təsadüf edir. Azərbaycan müstəqil dövlət olduqdan sonra onun yeni pul sistemi təşəkkül tapmışdır. Azərbaycanda rəsmi pul vahidi manatdır. Hazırda dünyanın bir çox ölkələrində işlədilən “moneta” milli pul vahidinin adı o dillərə Şərqdən keçmişdir. Bu ad e.ə. Bisitun qayalarında mixi yazılarında “manat”, “monnat” kimi həkk olunmuşdur.

İstifadə edilmiş ədəbiyyat:

  1. Maliyyə, pul tədavülü və kredit. Müəlliflər kollektivi, Nasir Nəşriyyatı,Bakı-1999.
  2. Z.Məmmədov, Pul, kredit və banklar.Bakı-2004
  3. T.Vəliyev, N.Məmmədov, İzahlı iqtisadi terminlər lüğəti, Elm-2000
  4. İqtisadiyyat: Maliyyə üzərində qurulmuş dünya, Bakı-2002
  5. E.F.Jukov, Pul, kredit və banklar, Moskva-1999
  6. Azərbaycan tarixi.VII cilddə, III cild, Bakı, 2007
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər