Pulun dəyəri –qeyri stabil kəmiyyətdir, o fasiləsiz olaraq zamanda dəyişir. Bu prosesi başa düşmədən pulu sərfəli şəkildə investisiya etmək və həm özün, həm öz kompaniyan üçün maddi rifaha nail olmaq qeyri mümkündür. Bu icmalda biz pulun dəyərinin dəyişməsi ilə bağlı iqtisadi aspektləri nəzərdən keçirəcəyik.
Zaman –puldur! Bu qanun –iş adamlarının motivasiyasını, müvafiq olaraq isə menecerlər tərəfindən maliyyə qərarlarının qəbulunu müəyyən edən əsas amildir.
Korporasiyaların işgüzar və maliyyə fəaliyyəti zamanı qarşılaşdığı əsas problemlərdən biri gəlir və məsrəf axınlarının zamanda uyğunsuzluğudur.
Gəlir hələ kifayət həcmdə toplanmayıb, amma korporasiya iqtisadi şəraitdən asılı olaraq müəyyən qərarlar qəbul edə bilər. Buna görə də kompaniya proyektin maliyyələşdirilməsi üçün borca vəsait cəlb etmək məcburiyyətində qalır.
Bu zaman ortaya vacib sual çıxır: bu qərar özünü doğruldacaqmı? Kompaniyanın menecerləri müəyyən etməlidir ki, borc götürülmüş vəsait gələcəkdə kompaniyaya lazım olan vəsaiti təmin edə biləcəkmi? Maliyyə qərarlarının qəbulu həmişə bugünkü pulların gələcək pullar ilə dəyişdirilməsini nəzərdə tutur.
Pulun alıcılıq qabiliyyəti daima dəyişdiyinə görə, yekun nəticədə faktiki olaraq, bugünkü pulların alıcılıq qabiliyyətinin gələcək pulların alıcılıq qabiliyyətinə dəyişməsi baş verir. Bu mübadilənin həyata keçirildiyi faiz dərəcəsi isə pullarının dəyərindən asılı olur.
Pulun zaman dəyərinin müəyyən edilməsi ilə bağlı təbiətin bizim qarşımıza çıxardığı fundamental problem gələcək dəyərin bugünkü dəyərə çevrilməsidir, yəni gələcək gəlirlərin kapital dəyərinin müəyyən edilməsi. Bütün investorları məhz gələcək gəlirlər maraqlandırır. Onlar səhmdar cəmiyyətlərin təşkili məqsədi ilə bir yerə yığılır və kapitalın idarə edilməsi funksiyasını menecerlərə həvalə edirlər. Korporasiyanın idarə edilməsinin əsas məqsədi – səhmdarlar maksimal varlanmasına nail olmaqdır, yəni pulun çevrilmiş dəyərini –netto çevrilmiş dəyər əldə etməkdir.
Pulun zaman dəyəri nəzəriyyəsinin fəlsəfi təməlində Nobel mükafatı laureatı İ.Priqojinin işlərinin dayandığını da demək olar, o yazırdı ki, «zaman –bizim mövcudluğumuzun fundamental ölçü vahididir», və «zaman varlığı qabaqlayır». Prinsipial yeni texnologiyalar əsasında iqtisadiyyatın inkişafı templərinin sürətlənməsi «zamanı daha da itələyir» və bu investorları korporasiya tərəfindən yeni proyektlərə investisiya edilən “pullara” başqa cür –yeni prizmadan baxmağa sövq edir. Gələcək gəlirləri «indiki pullara» çevirmək tələb olunur.
1950-ci illərdən sonra, iqtisadi problemlər məsələsi daha kəskin hal aldıqca pulun zaman dəyəri nəzəriyyəsinə maraq daha da artır. Həmin dövrdə qabaqcıl elmi texnologiyalar əsasında innovasiyaların və yeni informasiya texnologiyalarının tətbiqinə qoyulan kapitalın bərpa olunması problemi özünü büruzə verir. Kapitalın yığılması normaların artırılmasına olan tələbat, onun intensivləşməsi olduqca sürətlə inkişaf edən iqtisadi aləmdə pulun dəyərinin müəyyən edilməsinin vacibliyini diktə edirdi.
Pulun zaman dəyəri konsepsiyası aşağıdakıların müəyyən edilməsini nəzərdə tutur:
Pulun gələcək dəyəri;
Pulun indiki (bugünkü) dəyərinə çevrilmiş miqdarı.
Pulun zaman dəyəri konsepsiyasının əsasını çevrilmiş (bugünkü) pulun mahiyyətinin açıqlaması təşkil edir.
Belə qeyd olunur ki, pulun zaman dəyəri konsepsiyasına və həmçinin risk məsələlərinə həsr olunmuş qərb iqtisadi ədəbiyyatı kapital bazarın funksiyalarına və korporativ maliyyəyə dair əsas nəzəri və praktik məhsullardır.
Ilk növbədə, bugünkü dollar korporasiyanın gələcəkdə aldığı dollardan daha bahadır (böyük dəyərə malikdir): bir həftə və ya bir il sonra. O bu gün artıq “fəaliyyətdədir”, yəni gəlir gətirir.
İkincisi isə, gələcək dollar daha böyük risk kəsb edir, yəni onun bugünkü ilə müqayisədə gözlənilən gəliri əldə etməmək ilə bağlı inamsızlıq daha çoxdur.
Gələcək pul axınlarının müəyyən edilməsi pulun çevrilmiş dəyərinin –yəni maliyyə axınlarının hesablanmasına, onların bu gün, bu an hansı qiymətə olmasını hesablamağa imkan verir. Həmçinin əksinə, pulun gələcək dəyərinin hesablanması gələcəkdə pul axınlarının hərəkətini, yəni onların artımını(və ya azalmasını) nəzərə almağa imkan verir.
Pulun gələcək dəyəri özündə müəyyən müddət ərzində müəyyən faiz dərəcəsi ilə investisiya əməliyyatlarından əldə edilən maliyyə axının məbləğini əks etdirir.
Gələcək dəyərin hesablanması prosesində müəyyən vəsait məbləğinə (məsələn bankdakı müəyyən hesaba) olan bir illik faizlər, əsas məbləğin üzərinə əlavə edilir, ikinci ildə isə faizlər birinci il ərzində əldə edilmiş bütün məbləğə hesablanır və s (hesablama bu qayda ilə davam edir, yəni faizlər kapitallaşır).Yəni əldə edilmiş faizlərə də faizlər hesablanır. Korporasiya zamanda öz pulunu nə qədər tez əldə edərsə, onun gələcək axınları bir o qədər sürətlə böyüyəcək. Gerçək həyatda bu nüans menecerləri daima kapitalın dövriyyəsini sürətləndirmək haqqında düşünməyə sövq edir.