13 C
Baku
Saturday, April 27, 2024

Pulun zaman dəyəri (sadə və mürəkkəb faizlər)

Faiz dərəcəsi nədir? Tərifi və izahı

Depozit: biz banka pulu depozit qoymaqla bu günün pulunu gələcəkdəki pula çevirə bilərik.

Kredit: biz bankdan borc götürməklə gələcəkdəki pulu bu günün puluna dəyişə bilərik.

Faiz dərəcəsi: bizim depozit qoyarkən bugünkü pulu gələcək pula dəyişə biləcəyimiz və borc götürərkən gələcək pulu bugünkü pula dəyişdiyimiz faizlər bankda cari faiz dərəcələri əsasında müəyyən edilir. Başqa sözlərlə faiz dərəcəsi müəyyən zaman müddəti üçün ödənilən dəyişim haqqıdır.

Necə cür faiz növü mövcuddur?

Iki cür faizlər vardır: Sadə faiz dərəcələri; Mürəkkəb faiz dərəcələri

1. (Simple interest) Sadə faiz dərəcəsi

  • yalnız investisiya edilən pulun həqiqi miqdarı üzərində qazanılan
  • qazanılmış faiz gəliri davamlı olaraq yenidən investisiya edilmir

Əsas məbləğ: siz banka depozit qoyarkən investisiya etdiyiniz ilkin pulun miqdarı əsas məbləğ adlanır.

Hazırkı dəyər (present value, PV) bu gün investisiya üçün tələb olunan məbləğdir, yəni hazırkı dəyər= əsas məbləğ

Gələcək dəyər (future value, FV) müqavilə müddətinin sonunda investisiya edilmiş məbləğin müvafiq faiz dərəcəsi ilə qiymətləndirilməsidir.

Düstur

Sadə faiz = Əsas məbləğ× faiz × zaman (il ərzində zaman müddətlərinin sayı)

R =10%/100%=0,1

Nümunə

Təsəvvür edin ki, siz 100 dolları illik 10% dərəcəsi ilə depozit qoymusunuz. İlk il ərzində siz 10% gəlir əldə edəcəksiniz. Bu sizin sadə faizinizdir.

Növbəti ilə və ondan sonra gələn hər bir ildə siz yenə ilkin məbləğ üzərində yəni 100 dollardan üzərindən qazanacaqsınız. Sizin birinci il əldə etdiyiniz

10% gəlir məbləğə daxil edilməyəcək.

Əsas məbləğ=100 dollar Faiz dərəcəsi= 10%

1ci il= 100 +10

2-ci il = 100+10+10

3-cü il=100 +10+10+10

Üç ildən sonra sizin əldə edəcəyiniz məbləğ= 100 +3×10

Hazırkı dəyər (present value, PV) sizin depozit kimi qoyduğunuz 100 dollar, gələcək dəyər (future value, FV) sizin əldə edəcəyiniz FV=100+30 =130 dollar təşkil edir.

Simple Interest SI%202

2. Mürəkkəb faizlər (Compound interest):

  • faiz üzərindən faiz: yalnız investisiya edilən məbləğ üzərində deyil, həm də həmin məbləğdən qazanılmış faizlər üzərində də gəlir əldə edilir;
  • qazanılmış faizlər davamlı olaraq yenidən investisiya edilir.

Düstur

Mürəkkəb faiz = Əsas məbləğ × (1+R) zaman

R =10%/100%=0,1

Nümunə

Təsəvvür edin ki, siz 100 dolları illik 10% dərəcəsi ilə depozit qoymusunuz. İlk il ərzində siz 10% gəlir əldə edəcəksiniz.(faizlər ilin sonunda kapitallaşır, yəni əsas məbləğə daxil edilir). Lakin növbəti ildə sizin gəlirlərinin həm əsas məbləğ olan 100 dollar üzərindən, həm də qazancınız olan 10 dollar üzərindən hesablanacaq.

Əsas məbləğ=100 dollar    Faiz dərəcəsi= 10%

1ci il= 100 +10

2-ci il = 110+11=121

3-cü il=121+12,1=133,1

FV= 100× (1+ 0,1)3= 100× 1,331=133,1

Üç ildən sonra sizin əldə edəcəyiniz məbləğ 133,1 dollar təşkil edəcək. Sadə faizlər ilə müqayisədə, mürəkkəb faizlər ilə hesablandıqda siz 3, 1 dollar daha çox əldə edəcəksiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər