20 C
Baku
Thursday, May 2, 2024

Pulunuza uyğun yaşamağa dəyərmi–bəs arzularınız?

Demək olar ki, şəxsi maliyyənin idarə edilməzi üzrə bütün metodikalar bizi qazancımızı, əlimizdəki vəsaitlərə uyğun yaşamağa çağırır. Amma reallıqda istənilən bir arzunu öldürmək üçün ən məntiqi metoddur. Axı bizlərdən çoxu maraqlı, parlaq və rəngarəng həyat yaşamağa can atır, amma məhdud gəlir səviyyəsi ilə bunları həyata keçirmək heç də həmişə mümkün olmur. 

Qazanmaq əvəzinə daha az xərcləməyi öyrənmək üçün mütləq büdcə planlaşdırılması lazımdır. Daha çox xərcləmək istəyirsənsə – daha çox qazanmağa çalış. Bu mütənasib cəbri məntiqdə əslində ciddi bir paradoks dayanır. Çünki vəsaitlərə uyğun yaşam tərzi insanı əlavə gəlirlərə (yeni resurs) axtarışına həvəsləndirmir. Əksər insanlar əllərində olanlara qane olmağa çalışır və daha çox şey əldə etməyə səy göstərmirlər.

Vəsaitlərinə görə yaşayan insanlar olduqca sadə həyat tərzi sürür. Bu prinsipi təkzib edənlər isə, daima yeni imkanlar və öz arzularını gerçəkliyə çevirmək üçün yeni vəsaitlər axtarışında olurlar. belə yanaşma heç də hər xırda bəzək əşyasına və sairə görə boş-boşuna pul xərcləmək anlamına gəlmir. Bədxərclik heç zaman bağışlanılmır. Sadəcə insanlar daha yaxşı yaşamaq istəyir və bunu necə etməyi bilirlər.

Sizin həmişə aza qane olmaq və ya daha yaxşıya (mükəmmələ) can atma kimi seçiminiz vardır. Bu zaman, eyni anda hər iki istiqamətdə isə hərəkət etmək mümkün deyildir. Siz ikinci variantı seçməklə, ətraf gerçəkliyin dərk edilməsi ilsə bağlı öz təsəvvür sərhədlərinizi genişləndirmiş olursunuz. Əgər pul baxımından sıxıntı çəkirsinizsə vərdiş verdiyiniz həyat tərzini (həyatının normal gedişini) dərhal pozmağa tələsməyin. Əvvəlki maliyyə rifahınızı və ya həttə daha yaxşı mənbədən qazanmaq imkanını əldə etməyə çalışın.

Əgər ürəyinizdən hər hansı bir əşyanı almaq keçirsə, lakin maddi vəziyyət buna imkan vermirsə, öz arzunuzdan imtina etməyin. Amma eyni zamanda onu almaq üçün borc götürməyə də tələsməyin. Çünki bu borc hazırda sizin cibinizə uyğun deyil. İstehlak məqsədi ilə götürülən borc və kreditlər – sizi heç yerə aparıb-çıxarmayacaq bir yoldur. Daha yaxşı olar ki, həmin məbləği necə qazanmaq haqqında düşünəsiniz.

Beyninizi həyat keyfiyyətinin yaxşılaşdırılması haqqında düşünməyə adət etdirin. Yaxşı təmin olunmuş insanlar ilə daha çox ünsiyyət qurun, onların həyat təcrübəsini qəbul edin. Əllərinizi yanına salmaq, təslim olmaq və şikayətlənmək üçün həmişə vaxtınız olacaqdır. “Heç nə alınmır” –deyə düşünərək özünüzə əziyyət verməyin. Çünki belə bir nəticə çətin ki, sizi qane edə. Daha yüksək standartlara nail olmağa can atmaq istəyi sizin beyninizi belə bir həyat üçün vəsait axtarışına kökləyəcək. Buna görə də fikirlərinizi məşq etdirin və varlı insanlar kimi düşünməyi öyrənin.

Büdcəniz gəlir və çıxar hissələri arasında uyğunluq yaratmaq niyyəti ilə özünüzə həddindən artıq məhdudiyyətlər qoymayın. Sizə xoş olan həyatı tərzini yaratmağa imkan verəcək imkanların axtarışına diqqətinizi yönəldin. Hədəflər müəyyən edin, plan tərtib edin, lazımı biliklər əldə edin və sizə lazım olan istiqamətdə hərəkətə keçmək üçün konkret tədbirlər görün. Pulqabıda olan pulların sayı –sadəcə effektiv bir vasitədir. Buna sizin həyatınızı idarə etmək imkanı verməyin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər