“Puma” şirkəti İsrail futbol yığmasına sponsorluq etməyi dayandıracaq.
Bu barədə “Financial Times” nəşri yazıb.
Məlumatda qeyd olunub ki, Almaniyanın “Puma” idman geyimləri şirkəti yeni inkişaf strategiyası çərçivəsində İsrail milli futbol komandası ilə yanaşı, maliyyə səbəblərinə görə digər ölkələrin komandaları ilə də əməkdaşlığı dayandıracaq.