Putin: “Əhalinin məcburi vaksinasiyaya cəlb olunmasını dəstəkləmirəm”

V.Putin

“Əhalinin koronavirus pandemiyasına qarşı məcburi vaksinasiyaya cəlb olunmasını dəstəkləmirəm”.

Bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında deyib.

O bildirib ki, ölkəsində məcburi vaksin tətbiqi ilə bağlı norma və qaydalar, habelə illik vaksinasiya cədvəlinə daxil olan xəstəliklərin siyahısı mövcuddur, koronavirus isə bu siyahıya daxil deyil: “Fikrimdə qalmağa davam edirəm. 1998-ci ilin qanununa nəzər salmaq lazımdır. İki əsas komponentdən ibarət olan qanunda əhalinin immun müdafiəsindən bəhs olunur. Birincisi, vaksin tələb edən xəstəliklərdən məcburi peyvəndlənmə üzrə ümummilli təqvim mövcuddur. Bir sıra həkimlər COVID-19 infeksiyasına qarşı vaksinasiyanın da bu siyahıya daxil olunmasını təklif edirdilər, amma Dövlət Dumasının deputatları bunu dəstəkləmədilər deyə, koronavirus vaksini o siyahıya salınmadı. Bu isə o deməkdir ki, həmin vaksinasiya tədbiri ümummilli və məcburi xarakter daşımır”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.