16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Putin 2020-ci ili dünya iqtisadiyyatı üçün ən pis il adlandırıb

“2020-ci il pandemiyaya görə İkinci Dünya müharibəsindən sonra dünya iqtisadiyyatında ən pis il oldu”.

Bunu Rusiya Prezidenti Vladimir Putin bunu investisiya aktivliyinin yüksəldilməsi ilə bağlı müşavirədə deyib.

O, Rusiyanın koronavirus pandemiyası fonunda iqtisadiyyatda tənəzzülün qarşısını almağa nail olduğunu qeyd edib: “Vaxtında görülən tədbirlər Rusiya iqtisadiyyatında tənəzzülün qarşısını almağa və iqtisadiyyatın bərpasına imkan verdi. Rusiya öz iqtisadiyyatına sərmayə riskini azaltmağa nail olub. Son illərdə aparılan islahatlar və yeni imkanlar Rusiyaya pandemiya böhranının səbəb olduğu şərtlərdə makroiqtisadi siyasəti sərtləşdirməməyə icazə verdi”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər