Putin 2030-cu ilədək iqtisadiyyatı gücləndirməklə bağlı tapşırıq verib

Rusiya prezidenti Vladimir Putin 2030-cu ilədək ölkəsini ümumdaxili məhsulun istehsal həcminə görə dünyanın ən nəhəng 4 dövləti sırasına çıxarmaq barədə göstəriş verib.

Bu barədə Kremlin saytında məlumat dərc olunub.

V. Putin həmçinin hökumətə göstərilən dövrə qədər əhalinin yoxsulluq səviyyəsinin 7 faizlik göstəricidən aşağı həddə endirilməsi, eləcə də ümumdaxili məhsulun istehsal həcmində idxalın payının 17 faizədək azaldılması istiqamətində təcili tədbirlər görülməsini tapşırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər