Rusiya prezidenti Vladimir Putin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verib.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Snouden 2013-cü ildə sızdırdığı sənədlərlə ortaya çıxarmışdı ki, ABŞ Britaniya kəşfiyyatı ilə birlikdə dünyada dinləmə əməliyyatları aparır. Snouden həmin ildən Rusiyada daimi yaşayış icazəsi ilə yaşayırdı.
Sızdırılan sənədlərdə qeyd olunurdu ki, NSA ABŞ-ın xaricdə təşkil etdiyi gizli bölmələr vasitəsilə xarici ölkələrin hökümət binalarını dinləyir və danışıqları audio cihazlarda saxlayır.