17 C
Baku
Wednesday, October 5, 2022

Putin Almaniyaya bu şərtlə səfər edə bilər – Şolts 

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinin Almaniyaya ehtimal edilən səfərinin gündəmdə olmadığını bildirib.

Bu barədə o, bu gün keçirilən mətbuat konfransında bildirib.

Şolts deyib ki, Putin Almaniyaya səfər etmək üçün ilk növbədə Ukraynadakı müharibəni dayandırmalıdır.

“Əsas şərtlər Rusiya hərbi əməliyyatının başa çatdırılması və Rusiya-Ukrayna sülh müqaviləsinin bağlanmasıdır”, – deyə o qeyd edib.

Şoltsun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara və sülh müqaviləsinin bağlanmasına ehtiyac olduğunu etiraf etməlidir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər