27 C
Baku
Saturday, July 27, 2024

Putin amerikalı biznesmenləri köməyə çağırdı

Putin Rusiya-ABŞ münasibətlərinin soyuq müharibə dövründən sonra ən pis vəziyyətdə olduğunu bildirib

Rusiya-ABŞ münasibətləri soyuq müharibə vaxtından sonra ən aşağı nöqtədədir.

RİA Novosti-yə istinadən, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən “Rusiya-ABŞ biznes dialoqu”nun plenar iclasında deyib. Onun sözlərinə görə, ölkələr BMT, G20 çərçivəsində beynəlxalq arenadakı dialoqu dəstəkləyir. Lakin qarşılıqlı əməkdaşlığın fundamenti sarsılıb. Əlaqələrdə çat yaradan bu situasiya həm Rusiya, həm də ABŞ biznesini qane etmir.

Putin qeyd edib ki, yalnız dayanıqlı ikitərəfli ticarət əlaqələri ölkələri siyasi konyunkturanın təlatümlərindən sığorta edə bilər.

Bundan sonra Rusiya lideri Amerikanın biznes dairələrinə müraciət edərək, onları ölkələr arasında dialoqu bərpa etməyə köməklik göstərməyə çağırıb. Dövlət başçısı bildirib ki, Moskva ABŞ prezidenti Donald Trampla ikitərəfli münasibətləri normallaşdırmaq üçün dialoqu davam etdirəcək. “Uğura nail olmaq üçünsə hər iki tərəfdən ciddi səylər, siyasi iradə, məsələlərin həllinə hazırlıq, tərəflərin qarşılıqlı praktik maraqları tələb olunur” – deyə Putin əlavə edib. İşgüzar dairələrin əlaqə qurmaları üçün beynəlxalq platforma olan forumda əsas iqtisadi məsələlər müzakirə olunur. Bu forum 1-3 iyun tarixlərində Sankt-Peterburqda keçirilir.

Son xəbərlər
Digər xəbərlər