14 C
Baku
Şənbə, May 21, 2022

Putin Avropa İttifaqı Şurasının prezidenti ilə telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Ukraynadakı vəziyyət, habelə humanitar aspektlər, mülki şəxslərin təxliyəsi ilə bağlı müzakirələr davam etdirilib.

Vladimir Putin Rusiya və Ukrayna nümayəndələri arasında Rusiyanın tələbləri nəzərə alınmaqla razılaşmaların işlənib hazırlanması üzrə davam edən danışıqlara dair prinsipial qiymətləndirmələrini açıqlayıb. Eyni zamanda qeyd edib ki, Kiyev qarşılıqlı məqbul həll yollarının tapılmasına ciddi münasibət nümayiş etdirmir.

 

 

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər