16 C
Baku
Sunday, May 19, 2024

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

Baykal-Amur Magistral xəttinin (BAM) ötürmə qabiliyyəti son 12 ildə 3 dəfə artıb və artmaqda davam edir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin BAM-ın 50 illik yubileyi münasibətilə dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib.

V.Putin qeyd edib ki, növbəti 10 ildə BAM və Trans-Sibir dəmir yolunu birləşdirən Şərq poliqonu ilə daşımaların həcmi ildə 270 milyon ton səviyyəsinə çatmalıdır:

“Bu il BAM və Trans-Sibir dəmir yolunun inkişafının növbəti – üçüncü mərhələsi başlayır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər