Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib və bunun Rusiya və ABŞ xalqları üçün maraqlı olacağını bildirib.
Bunu V.Putin “Rossiya 24” telekanalının efirində deyib.
“Mən indicə bu barədə düşündüm. Keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs prezident Baydendən gəldi. Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək, bu da onlayn adlanır. Hər hansı ləngimə olmadan, ancaq birbaşa canlı müzakirə. Mənə elə gəlir ki, bu, Rusiya xalqı, ABŞ xalqı və bir çox digər ölkələr üçün də maraqlı olacaq”, – deyə Putin bildirib.
Putin cümə və ya bazar ertəsi Baydenlə danışmağa hazır olduğunu açıqladı.
Rusiya prezidenti, amerikalı həmkarı ilə “qiyabi dalmamaq” üçün münasibətləri davam etdirməli olduqlarını söylədi.