Rusiya prezidenti Vladimir Putin bu il ABŞ-ın dövlət başçısı Co Baydeni və amerikalıları müstəqillik günü münasibətlə təbrik etməyəcək.
Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu il Rusiya-ABŞ münasibətlərindəki gərginlik ən pik nöqtəyə çatıb. Peskov siyasi gərginliyə görə Vaşinqtonu ittiham edib.