Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında keçiriləcək BRİCS sammitində iştirak etməyəcək.
Cənubi Afrika Prezidentinin Ofisinin bəyanatında deyilir ki, Rusiyanı görüşdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Rusiya Prezidenti Vladimir Putin BRİCS ölkələrinin avqust ayında Cənubi Afrikada keçiriləcək sammitində “qarşılıqlı razılaşma əsasında” iştirak etməyəcək.
Qeyd edək ki, sammitə ev sahibliyi edəcək Cənubi Afrika Respublikası dilemma ilə üzləşib. Belə ki, Putin sammitdə iştirak edəcəyi təqdirdə, CAR-ın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü kimi hərbi cinayətlər törətdiyi iddiasına görə Rusiya Prezidentini nəzəri cəhətdən həbs etməsi tələb olunur.