16 C
Baku
Cümə, May 20, 2022

Putin bu gün iqtisadi məsələ üzrə müşavirə keçirəcək

Rusiya Prezidenti Vladimir Putin fevralın 28-də hökumətin, Mərkəzi Bankın və Prezident Administrasiyası nümayəndələrinin iştirakı ilə iqtisadiyyat üzrə müşavirə keçirəcək.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 28-də jurnalistlərə məlumat verib.

“Prezident Putin bu gün iqtisadi məsələlərlə məşğul olacaq. İqtisadi reallıq əsaslı şəkildə dəyişib. Ona görə də bu gün dövlət başçısı Baş nazir Mixail Mişustin, Baş nazirin birinci müavini Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın başçısı Elvira Nabiullina, Əmanət Bankının başçısı German Qref və ola bilsin Prezident Administariyasının başqa nümayəndələri iqtisadi vəziyyəti müzakirə etmək üçün Kremlə dəvət olunub”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər