Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək və bir sıra beynəlxalq telefon danışıqları aparacaq.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Prezident MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 18-ci iclasını keçirəcək. O qeyd edib ki, mövcud vəziyyət – “xarici və daxili təhdidlərin çoxalması” fonunda MDB dövlətlərinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin üzərinə xüsusi yük və məsuliyyət düşür.
“Bu tədbirin sonunda Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirməyi planlaşdırır və biz bir neçə beynəlxalq telefon danışıqlarını istisna etmirik”, – deyə Kremlin sözçüsü vurğulayıb.