Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı deyib ki, Çin qaçılmaz olaraq dünyanın birinci iqtisadiyyatına çevriləcək.
Banker.az xəbər verir ki, “Onlar (Amerika Birləşmiş Ştatları) Çinin inkişafını dayandıra bilməzlər, onlar bunu dərk etməlidirlər”, – deyə Putin söyləyib.
Onun sözlərinə görə, bu gün alıcılıq qabiliyyəti pariteti baxımından Çin iqtisadiyyatı Amerika iqtisadiyyatından daha böyükdür.
“35-ci, 50-ci il gələcək və Çin qaçılmaz olaraq digər göstəricilər üzrə dünyada birinci iqtisadiyyat olacaq. Siz bunu başa düşməlisiniz”, – deyə siyasətçi əlavə edib.