Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Çində yeni nüvə obyektlərinin təməlqoyma mərasimində iştirak edəcəklər.
V. Putin və Si Cinpin mayın 19-da Çində “Tyanvan” Atom Elektrik Stansiyasının (AES) və “Syuydapu” AES-in Rusiya dizaynlı yeni enerji blokunun inşasına başlanması münasibəti ilə keçiriləcək təntənəli mərasimə qatılacaqlar.
Dövlət başçılarının mərasimə videokonfrans vasitəsilə qatılacağı bildirilib.