Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib.
Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.
“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir”, – deyə Rusiya lideri bildirib.
Bu halda o vurğulayıb ki, KTMT-yə üzvlük şərtləri Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymayıb.
Putinin sözlərinə görə, rəsmi Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib.
“Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu olmasın”, – dövlət başçısı fikirlərini yekunlaşdırıb.