Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində çoxuşaqlı ailələrin vergi yükünün “daha çox uşaq – daha az vergi” prinsipi üzrə azaldılmasını təklif edib. Dövlət başçısı altı sot torpaq sahəsi olan çoxuşaqlı ailələri torpaq vergisindən tam azad etməyin tərəfdarı olduğunu bildirib: “Çoxuşaqlı ailələr üçün daşınmaz əmlaka tətbiq edilən federal vergi güzəştini artırmağı, mənzilin əlavə 5 kvadratmetri, üstəlik də hər uşaq üçün 7 kvadratmetri üçün vergi tutmamağı təklif edirəm”.
Bundan əvvəl Prezident Putin bir mənzildə yaşayan gənc ailələri fiziki şəxslərin gəlir vergisindən azad etmək təşəbbüsünü irəli sürmüşdü.