13 C
Baku
Friday, May 17, 2024

Putin dollar və avrodan imtinanın yolunu göstərdi

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya valyuta bazarını milli valyutalarda hesablaşmalara keçid üçün hazırlamaq lazımdır. Onun sözlərinə görə, bu, strateji məsələdir. Bu barədə o, neft-qaz sənayesinin nümayəndələri ilə görüşü zamanı bildirib.

“Artıq enerji resursları üzrə ödənişlərin milli valyutalara köçürülməsi üzrə məsələ qoyulub. Yavaş-yavaş dollar və avrodan uzaqlaşmaq lazımdır”, – deyə Putin qeyd edib.

Putinin sözlərinə görə, xarici ticarət sistemində milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq lazımdır.

“İndi əsas vəzifə valyuta bazarını hazırlamaqdır ki, istənilən valyutanın sərbəst şəkildə rubla dəyişdirilməsi mümkün olsun”, – deyə o əlavə edib.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər