Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Kremldə Suriya Ərəb Respublikasının prezidenti Əhməd əl-Şara ilə görüşəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Suriya lideri Rusiyaya işgüzar səfər edəcək.
“Tərəflər siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, eləcə də Yaxın Şərqdə baş verən son hadisələri müzakirə etməyi planlaşdırırlar”, – məlumatda deyilir.