9 C
Baku
Tuesday, November 5, 2024

Putin: “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”

“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil: “Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”.

V.Putin söyləyib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər